
Chanel7 Theme for Windows 7
Windows 7 üçün gözəl bir tema.
Yanvar hadisələrindən 21 il keçir. Yazılanlar yazılıb, deyilənlər deyilib, indi də sonra da deyiləcək. Azad xalqın Azadlıq arzusunu boğa bilməyən ordunun axırıncı yolu. Hamımız yaxşı bilirik. Bilirik ki, onlar kim idi. Bilirik ki, hansı xalqın nümayəndələri idi. Bilirik ama yenə də.. Nə isə. Allah rəhmət eləsin.
Bütün şəhidlərin əziz xatirəsinə.
Bizə də qismət olsun

Skype 5.1.0.104 Final Yeni 2011
Skype – bu sadə və pulsuz proqram vasitəsilə dünyanın istənilən nöqtəsinə zəng vura bilərsiniz. Skype KaZaa-nın müəllifləri tərəfindən yaradılıb. Skype-ın əsasını P2P (peer-to-peer) texnologiyası təşkil edir. Səsin ötürülmə keyfiyyəti yüksəkdir. Səsin ötürülmə keyfiyyətindən əlavə, proqram maksimal təhlükəsizliyi də təmin edir. Bütün danışıqlar şifrələnir və üçüncü bir şəxsin dinləməsi qeyri-mümkündür.

A.S.Mandzyak – İslam döyüşçüləri: müsəlman xalqlarının hərbi və döyüş texnikaları
Kitab Orta Şərq, Şimali Afrika və Mərkəzi Asiya müsəlman xalqlarının, hərbi və döyüş idman növlərini təqdim edir. Bu bölgələrdə İslam ümmətinin ən böyük sayı cəmləşmişdir. Lakin çoxəsrlik ənənələrə baxmayaraq, döyüş sənəti müsəlman dünyasından kənarda tanınmamış qalır. Müəllif İslam hərbi və döyüş sənətinin əsas aspektlərini geniş kütləyə təqdim etmişdir.

Orfoqrafiya yoxlayıcısı
Microsoft Office Word 2003-də Azərbaycan dilində mətn yazanlar üçün əvəz olunmaz bir proqram təminatıdır. Əgər fikir vermisinizsə Office Word-də mətn yazarkən sözlərin altından qırmızı xətt çəkilir. Bu da Orfoqrafiya yoxlamasının İngilis dilində olması ilə əlaqədardır və proqram Azərbaycan türkcəsində yazılmış sözləri səhv olaraq qiymətləndirir. Bu proqramı yazdıqdan sonra isə yalnız Azərbaycan Türkcəsində buraxılmış səhvlərin altından qırmızı xətt çəkiləcək.