Ən bahalı “təcili tibbi yardım”

0
640
Ən bahalı "təcili tibbi yardım"
Ən bahalı "təcili tibbi yardım"

Mercedes-Benz dünya tarixində ən bahalı və ən sürətli təcili tibbi yardım maşını düzəldib.

Xəstələri xilas etmək üçün düzəldilən avtomobil SLS AMG superkarından düzəldilib və 571 at gücü olan 6.2 litrlik motorla təchiz olunub. Bunun nəticəsində avtomobil 0-100 km/saatı 3.8 saniyəyə yığır və maksimal sürəti 317 km/saatdır.

Sözün düzü bu superkar Səhiyyə Nazirliyinin sərəncamına hələ verilməyəcək. Heç alman həkimləri də bu avtomobilin üzünü görməyəcək – Mercedes-Benz nümayəndələri bildiriblər ki, SLS AMG üzərində qurulmuş “təcili tibbi yardım” avtomobili eksperimental dizayn üçün düzəldilib. Həm də ki, həkimin xəstəni bu maşında hara yerləşdirəcəyi tam olaraq bəlli deyil. Çünki avtomobil ikiqapılıdır və baqaj hissəsinin həcmi cəmi 175 litrdir.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here