Ən sürətli Aston Martin təqdim olundu

1
711
Aston Martin V12  Zagato
Aston Martin V12 Zagato

Aston Martin V12  Zagato adını almış model V12 Vantage əsasında düzəldilib amma onunla ümumi kuza panelinə sahib deyil.

Yeni dizayn adından da məlum olduğu kimi məşhur italyan atelyesi olan Zagato tərəfindən hazırlanıb. Bu şirkət adətən bir ekzemplyarda maşınlar və ya konsept-karlar düzəldir amma bu dəfə yeni avtomobil seriya kimi istehsal olunacaq.

Aston Martin V12 Zagato, V12 Vantage və DBS-də olduğu kimi 517 at güclü 5.9 litrlik mühərriklə təchiz olunub. Amma daha yüngül kuzaya malik olması nəticəsində avtomobil daha sürətli olub. əgər Vantage 100 km/saat-ı 4.2 saniyəyə yığırdısa, Zagato bunu 4 saniyədən də az bir müddətə edir.

Bu il yeni model Byurburqerd-də keçiriləcək 24-saatlıq yarışlarda təqdim olunacaq. Yol versiyası isə gələn il çıxacaq. Təxmini qiyməti 230 000 yevrodur.

Model 20 və 100 arası sayda buraxılacaq.

Aston Martin V12  Zagato
Aston Martin V12 Zagato
Aston Martin V12  Zagato
Aston Martin V12 Zagato

1 ŞƏRH

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here