Yeni Lamborghini – 2 milyon avroya

0
1173
Lamborghini Sesto Elemento
Lamborghini Sesto Elemento

Lamborghini öz tarixində ən bahalı modelin satışına başlayacaq. Bu model təxminən 2 milyon avroya olacaq.

Yeni italyan superkar Lamborghini Sesto Elemento adını alıb (belə bir model keçən il Paris avtosalonunda konsept-kar (red. maket) kimi göstərilmişdi). “Altıncı element” – Sesto elemento – 570 at güclü və V10 silindirli mühərriklə təchiz olunacaq. Lamborghini üçün bu elədə güclü deyil, çünki yeni Aventador modeli 700 at gücü ilə təchiz olunub.

Amma Sesto Elemento-nun əsas ləyaqəti aşağı çəkidə – 1 tonnan da az olmasıdır. Bunun nəticəsində avotomobil 0-100 km/saatı 2.5 saniyəyə yığa biləcək (Avendator bunu 2.9 saniyəyə, Gallardo isə 3.9 saniyəyə edir).

Lamborghini Sesto Elemento modelindən cəmi 20 ədəd buraxılacaq və yarış treklərində istifadə olunacaqdır.

Lamborghini Sesto Elemento
Lamborghini Sesto Elemento
Lamborghini Sesto Elemento
Lamborghini Sesto Elemento

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here