
Trash stil
Treş nədir?
Treş (trash) – minlərlə yeniyetmənin ürəyinə yol tapan və onların həyat tərzinə çevrilən yeni bir stildir. Treş ingilis sözü olan trash – zibil, tullantı sözündən götürülmüşdür.
Treş – hər kəsə məlum olan və insanı balaca çərçivəyə alan, hərəkətlərini məhdudlaşdıran cəmiyyətə meydan oxumaqdır. Treş – heç kəsin qəsd edə bilməyəcəyi ifadə azadlığı olan parlaq şəxsiyyətdir.
Treş-yeniyetmələr sanki əvvəlcədən cəmiyyətin layiqli üzvü olmayacaqları ilə razılaşmışlar – onlar artıq tullantıdır… Bu isə o deməkdir ki… Bəli. Onlar hər şey edə bilərlər!
Müəllifdən:
Bu stil 1 neçə il əvvəl Odri Kitçinq tərəfindən yaradılmışdır. Bu tam olaraq subkultura hesab edilmir və çox yeni olması ilə əlaqədar olaraq internetdə də məlumat çox azdır. Sadəcə geyim tərzi kimi xarakterizə olunsa da, trash-i həyat tərzi adlandıranlar da az deyil.Bu stil haqda bacardığım qədər məlumat verməyə çalışacam.



