
Forum və bloglarda tez-tez Google-un saytlar kataloqu olan DMOZ (Open Directory Project) görsənir. http://www.dmoz.org/World/Azerbaijani/ – linkini istifadə etməklə Azərbaycanın DMOZ-a daxil olan saytlarına baxa bilərsiniz. Aşağıda isə sizlərə az da olsa məlumat vermək istəyərdim.
DMOZ haqqında 6 fakt
1. DMOZ kataloqu 1998-ci ildə yaradılıb və artıq 12 ildir ki fəaliyyət göstərir.
2. DMOZ-un yaranması üçün əsas səbəb Debian Social Contract olub.
3. DMOZ Netscape Communications Corporation-la bağladığı müqaviləyə əsasən həmişə pulsuz olacaq.
4. Kataloq könüllü insanlar tərəfindən idarə olunur. Hər kəs könüllü idarəçi ola bilər.
5. DMOZ kataloqu reklam mənbəyi deyil, sadəcə olaraq lazımlı saytlar yığmasıdır.
6. DMOZ hər kəs üçün açıqdır və hər kəs oradan informasiya axtara bilər.
Xoşuna gəldi? Dostlarınla paylaş: