Saç tökülməsinə qarşı maskalar

1
20832

Sac DuzumuSaç tökülməsi hər bir xanımı narahat edən problemlərdən biridi. Sizə bir məsləhətim var, əziz xanımlar. Bu üsulu özüm istifadə etmişəm, bəhrəsini də görmüşəm.

Təbiətdən gələn və hər hansı bir əks təsiri olmayan və saç tökülməsinin qarşısını alacaq olan lavanda maskasını sizə təqdim edirəm:

Bir ovuc lavandanı dəmləyəcəyiniz qaba tökün, üzərinə qaynar su töküb 5 dəqiqə qaynadın. Dəmləndikdən sonra ilıq olmasını gözləyin, və süzün.Əgər saçınız təmizdirsə dəmlədiyiniz lavanda suyu ilə saçlarınızı yaxalayın. Saçınız kirli ve ya yağlıdırsa ilk öncə şampunla yuyun ,daha sonra lavanda suyu ilə yaxalayın, effektini görəcəksiniz, özüm də edirəm, cox kömək olur.

İndi isə sizə yaxınlarımın istifadə etdiyi bir neçə maska resepti vermək istəyirəm…

Yumurta soğan maskası

1 ədəd quru soğanı əzin, 1 ədəd yumurtanın sarısı ilə qarışdırın. Hazırlanan məhlul saçın dibinə sürtün. Maska saçlarda 1-1,5 saat qalandan sonra, saçları ilıq su ilə yuyun.

Soğan maskası

3 ədəd soğanı xırda-xırda doğranır. Daha sonra çəngəl ilə suyu çıxana kimi əzib püre halına salın. Saçın dibinə sürtüb 1-2 saat saxladıqdan sonra yuyun.

Ballı maska

2 xörək qaşığı doğranmış soğan, 2 xörək qaşığı bal və 1 yumurta sarısı qarışdırın. Saça sürtüb 1-2 saat saxlayın.[azadqadin.az]

Soğanlı maskalarda saçınızdan qoxu gəlməməsi üçün yarım limon suyu əlavə edin.[Red.]

1 ŞƏRH

  1. Salam menim sacim dehset tokulur dediler gicitikani demleyib onun suyu ile yuyun.Yudum ama xeyiri olmadi.Zehmet olmasa tesiri olan maska deyerdiz.TESEKKUR

FİKRİNİZİ BİLDİRİN