Pinaqor və ya dəniz sərçəsi

0
872
Pinaqor və ya dəniz sərçəsi
Pinaqor və ya dəniz sərçəsi

Şimal-Buzlu okenanının soyuq sularında, Atlantik və Sakit okeanının şimalında yaşayan bu maraqlı balıq, görənləri ilk saniyədən heyrətləndirir.

Pinaqor və ya dəniz sərçəsi
Pinaqor və ya dəniz sərçəsi

Pinaqor-un  (lat. Eumicrotremus orbis) yumru sifətini gördükdə təbəssümü saxlamaq qeyri-mümkündür.

Pinaqor və ya dəniz sərçəsi
Pinaqor və ya dəniz sərçəsi

Bu balığı birinci dəfə görən insanların çoxu onu üzgəcli pinq-ponq şarına bənzədir. Bu üzgəclər o qədər balacadır ki, dəniz sərçəsinin üzmə qabiliyyətini azaldır, uzun məsafələrə səyahəti isə qeyri-mümkün edir.

Pinaqor və ya dəniz sərçəsi
Pinaqor və ya dəniz sərçəsi

Təbiəti aldatmaq olmaz, pinaqorlar uzun səyahətlər haqqındakı arzularından əl çəkiblər və özlərinə 150 metrdən dərin olmayan yerlərdə,  sıx yosunluq və dəniz bitkiləri arasında, sualtı qayalar üzərində məskən salıblar.

Pinaqor və ya dəniz sərçəsi
Pinaqor və ya dəniz sərçəsi

Sinələrində olan yapışqan plastinin köməyi ilə pinaqorlar istənilən səthə yapışa bilir və uzun müddət qopmur.

Pinaqor və ya dəniz sərçəsi
Pinaqor və ya dəniz sərçəsi

Dəniz sərçələrinə demək olar ki, bütün soyuq dəniz və okeanlarda rast gəlmək olur – Aleut adaları və Berinq dənizindən Asiya sahilləri və Yaponiyanın şimalındakı ərazilərdə.

Pinaqor və ya dəniz sərçəsi
Pinaqor və ya dəniz sərçəsi

Bu balıqların ən böyük növü Sakit okean sahillərində yaşayır və 12 sm uzunluğundadır. Qalan növlərin uzunluğu isə 3 sm-dən böyük olmur.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here