Üçbucaq hörümçək

0
1226
Üçbucaq hörümçək
Üçbucaq hörümçək

Hörümçəklər sinfinə daxil olmasına baxmayaraq, latınca adı Arkys lanceariusolan bu növ hörümçəklər ənənəvi tor hörülməsi ilə məşğul olmurlar.

Qurbanını cəlb etmək üçün üçbucaq hörümçəklər tor hörmürlər. Onlar pusuda gizlənir və səbrlə gələcək ovlarını gözləyirlər. Onların çənəsində balaca zəhərli dişlər vardır. İnsan üçün təhlükəsiz, lakin qəddar ovçunun caynaqlarına düşən balaca həşəratlar üçün isə ölümcül təhlükəlidir.

Bu hörümçəklər Avstraliya və Yeni Qvineya-nın tropik meşələrində yaşayırlar və adlarını bədən hissəsinin üçbucaq formasında olması ilə əlaqədar alıblar. Bu üçbucaq ürəyə bənzəyir və açıq-narıncı, sarı və ya qırmızı bədəndə ağ rəngdə xallarla bəzənib.

Bu həşərata bir baxış yetərdir ki, qarşınızdakının əsl ovçu olduğunu anlayasız. Ölçüləri çox kiçik olmasına baxmayaraq (erkək cins 5.5 mm, dişi cins isə 9 mm uzunluğunda olurlar), özündən qat-qat iri olan cırcırama, qumquma, milçək və qarışqa da ovlaya bilirlər.

Onun iri ön pəncələri xırda iti dişlərlə təchiz olunub.

Üçbucaq hörümçəklər tor düzəltməyi xoşlamırlar. Amma lazım olduqda bir-neçə nazik tordan istifadə edərək qıjının hündür yarpaqlarından aşağı enə bilərlər.

Həmçinin tor vasitəsilə dişi hörümçəklər yumurta qoymaq üçün kisə hörürlər. Bir kisədəki yumurtaların sayı 70-ə qədər ola bilər.

Üçbucaq hörümçək
Üçbucaq hörümçək
Üçbucaq hörümçək
Üçbucaq hörümçək
Üçbucaq hörümçək
Üçbucaq hörümçək
Üçbucaq hörümçək
Üçbucaq hörümçək
Üçbucaq hörümçək
Üçbucaq hörümçək

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here