Garmin-dən sensor ekranlı saat (online video)

0
777
Garmin-dən sensor ekranlı saat
Garmin-dən sensor ekranlı saat

Naviqasiya sistemləri və naviqasiya proqramlarının aparıcı istehsalçısı olan Garmin şirkəti, tam olaraq yeni Forerunner 610 qol saatını düzəldib. Bu saat dünyadakı ilk idman saatıdır ki, sensor ekranGPS qəbuledici ilə təchiz olunub. Saat idmançılar üçün nəzərdə tutulub, yəni tərə və nəmə qarşı davamlıdır. Bu davamlılıq sensor ekrana da aiddir. Bu ekran monoxrom-dur (birrəngli, red.)

Garmin bu faktı onunla izah edir ki, monoxrom displey rəngli displeydən daha az enerji sərf edir və bu da mobil alətlər üçün çox vacibdir. Forerunner 610-un ekranı həcmli yox, rezistivdir. Yəni ekrana təkcə barmaqla deyil, həm də stilus (qələm, red.) və ya digər təhlükəsiz alətlə toxunmaq olar. Aktiv GPS əlaqəsi olduqda saat akkumlyatoru 8 saata bəs edir. Yox əgər Forerunner 610 bir-başa təyinatı üzrə işlədilsə, yəni adi qol saatı kimi, onda 4 həftə problemsiz işləyə bilər.

Həmçinin Forerunner 610 xüsusi qəbuledici vasitəsilə ürək döyüntüsü, hər məşqə sərf olunmuş kalori, hərəkətin sürəti, gedilmiş yolun uzunluğu və digər idmançılara lazımlı göstəricilərlə təchiz olunub. Bu göstəricələrdə əsasən GPS qəbuledici öz sözünü deyir. Garmin-in təqdim etdiyi bu yenilik 72 qram ağırlığındadır və qolda hiss olunmur. Qiyməti isə çox yaxşı hiss olunur=) Yeni Forerunner 610 qol saatının qiyməti 350 amerika dollarıdır. Artıq satışdadır.

Online videoda necə işlədiyinin şahidi ola bilərsiniz:

 

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here