Özü öyrənə bilən robot hazırlanıb (online video)

0
343
Özü öyrənə bilən robot hazırlanıb
Özü öyrənə bilən robot hazırlanıb

Robotexnika mərkəzində çalışan alimlər, ARMAR-IIIa robotunu hazırlayıblar. Bu robotda 43 azadlıq pilləsi və çox sayda sensor var. Bütün bunlar robota təkcə hərəkət etməyə deyil həm də mexaniki hərəkətlər etməyə imkan yaradır. Amma bununla təcrübələr bitmir və tezliklə dünya ARMAR-IIIb modelini görür.

Bu iki prototip bir-birinə çox bənzəyir. Robotun başı original göz strukturu ilə düzəldilib və hər birinə kamera yerləşdirilib. Kameralar yaxınlaşan və uzaqlaşan obyektləri ayırd etməyə imkan yaradır. Alimlərin əsas hədəfi robotun insanla sərbəst danışmasını təmin etməkdir. Bunun üçün xüsusi platforma hazırlanıb. Bu da robota gördüklərini analiz etmək, səs və hərəkət instruksiyaları almaq imkanı yaradır.

Səsin tanınması, dialoqların analizi və şəkillərin ayırd edilməsinə çox zaman sərf olunub.  Robot obyektləri və ya insanları yadda saxlaya bilir və bazasında olmayan obyektləri özü yaddaşına əlavə edir. İnsanın ayırd edilməsində əsas əlamət hərəkətlərdir. Robot trayektoriyanın əsas nöqtələrini analiz edir və insanı ayırd edir.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here