Google yeni Sosial Şəbəkə açdı

1
713
Google yeni Sosial Şəbəkə açdı - Google Plus +
Google yeni Sosial Şəbəkə açdı - Google Plus +

Google Facebook-a onun sahəsində qalib gəlməyə çalışır. İnternet-giqant özünün yeni PLUS adlı sosial şəbəkəsini Facebook-un interneti ələ keçirməsinin qarşısını almaq üçün istifadəyə verməyə çalışır.

“Bugün insanlar bir-birilərilə əlaqə saxlamaq üçün daha çox internetə üstünlük verir. Düzdür, onlayn danışma zamanı danışıqdakı vacib elementlər, emosiya və istilik itir. Buna görə də insanlıq gözü ilə baxsaq danışığın bu növü quru və emosiyasız görünür. Və biz bunu dəyişməyə çalışacıyıq”  –  deyə Google şirkətinin inkişaf üzrə vitse-prezidenti Vik Qundort bildirib.

Gözə ilk çarpan Google Plyusun xarici görünüşüdür. Bəli. Görünüş Facebook-a bənzəyir, çünki onun interfeysi bütün sos-şəbəkələr üçün de-fakto standartı sayılır. Həmənki dostların aktivlik lenti, şərhlər, rəylər, foto və video əlavə etmək imkanı. Amma köklü dəyişikliklər də var. Google bildirib ki, bu dəyişiklər insanları Facebook-dan Plyus-a keçməyə vadar edəcək.

“Hamımız müxtəlif insanlarla müxtəlif inam səviyyəsi yaradırıq. Qrup yoldaşlarımız ilə bir şeyi müzakirə edir, ailəmizlə başqa şeyi bölüşür, işdə isə müdüriyyətdən bütün bunları gizlədirik. Problem ondadır ki, müasir sos-şəbəkələr dosluq təkliflərini fast-fuda çevirir: bütün insanlar seçim olunmadan dost siyahısına əlavə olunur. Bunun nəticəsində də biz tam açıq danışa bilmirik.” deyə Vik Qundort bildirib.

Bu problemin həlli Circules – dairə funskiyası olmalıdır. Facebook-dan fərqli olaraq sadəcə dost əlavə etmək olmaz, onu dərhal müəyyən edilmiş dairəyə əlavə etmək lazımdır. Bununla da hər dairədə olan dostlarınızla müxtəlif məlumatlar paylaşa bilərsiniz və bu məlumatlar digər dairələrdə olan dostlarınıza görsənməyəcəkdir.

Google Plyus-un daha bir yeniliyi video-çat servisidir. Video-çatda üzbəüz və qrup şəklində söhbət etmək mümkündür. Həmçinin mətn mesajları dəstəyi də möcvuddur.

Yeniliklər arasında Spark funskiyası da var. Bu funskiya vasitəsilə müyyən xəbəri axıra kimi izləyərək nəticə çıxartdıqdan və sizə maraqlı gəldikdən sonra dostlarınızla paylaşa bilərsiniz.

Google Plus şirkətin digər məhsulları ilə inteqrasiya olunmağa başlayıb. Əgər Siz Google-un hər hansı məhsulundan istifadə edirsinizsə bu şəbəkəyə avtomatik girməyə imkan yaradacaq.

Bu yeni Sosial Şəbəkə test mərhələsindədir. Ora qoşulmaq üçün xüsusi dəvət əldə etməlisiniz.

GOOGLE + saytına bax

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here