YouTube bütün videoları WebM formatına çevirir

0
395

 

YouTube WebM
YouTube WebM

Google şirkəti nəhayət ki, özünün düzəltdiyi yeni video formatı olan WebM-in inkişafına və yayılmasına qərar verdi. Yeni formatın yolunda ilk olaraq YouTube video paylaşım servisi durur. Məlum oldu ki, bugündən etibarən servisə yüklənən bütün videolar WebM formatına çeviriləcək.

 

Həmçinin YouTube-un video arxivi də bu formata çevirilir. Artıq arxivin 30%-i bu formatdadır. Xatırladaq ki, WebM məşhur brauzerlər tərəfindən dəstəklənir. Onların arasında Chrome (təbii ki), FireFox 4, Opera və İnternet Explorer 9 (quraşdırılmış əlavə modul vasitəsilə) vardır.

YouTube servisində videolara yeni formatda baxmaq üçün izlədiyiniz video linkinin sonuna “&webm=1” (dırnaqsız) əlavə edin.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here