Notebooku uzunömürlü etməyin yolları [məsləhət]

3
2436

notebook

Müasir həyatı kompütersiz təsəvvür etmək çətindir. Kompüter istifadəçilərinin sayı günbəgün, hətta saatbasaat artır. Bəziləri üçün masaüstü kompüter, bəziləri üçün də dizüstü kompüterlər (laptop) əvəzsiz vasitəyə çevrilib.

Dinamik həyat tərzi sürən insanların notebooklara üstünlük verməsi anlaşılandır. Masaüstü kompüterlər ilə müqayisədə daha bahalı olan notebookların uzunömürlü olması və sahibinə daha yaxşı xidmət etməsi hər zaman üçün aktual bir məsələdir.

Bu günkü məqaləmizdə notebook-lardan düzgün istifadə qaydaları, onların daşınması və mühafizəsi ilə bağlı tövsiyyələr veriləcək.

Bu tövsiyyələrə riayyət etməklə notebookunuzun hələ uzunmüddət Sizə xidmət etməyinə nail olacaqsınız.

 – Dizüstü kompüterinizi diz üstündə istifadə etməyin

Adı dizüstü (laptop) olsa da, notebookları diz üstündə istifadə etmək zərərlidir. Həm Sizə, həm də notebooka. Notebookların kənar dəlikləri daxildə meydana gələn isti hava axınının dövretməsi üçün nəzərdə tutulub.

Odur ki notebook diz üstündə, yastıq üzərində yerləşdiriləndə bu dəliklər tutulur və notebookda həddindən artıq qızma baş verir.

Əgər notebookunuzu yenə də dizlərinizin üstünə qoyub istifadə etmək istəyirsinizsə o zaman xüsusi notebook altlıqlarından istifadə edin.

 – Hərarət və rütubəti nəzərə alın

Həddindən artıq soyuq və isti, və eləcə də rütubətli məkanlarda notebookunuzu istifadə etməyin. Notebookunuzu isti havalarda park edilmiş avtomobilin içərisində saxlamayın.

Çox nəmişli otaqlarda notebookun istifadəsi və saxlanması onun daxili qurğularına ciddi zərər vura bilər. Hətta çantasında olsa belə bu cür şəraitlərdə notebookunuzu saxlamayın.

Unutmayın ki, bir-başa düşən günəş işıqları LCD ekrana və digər hissələrə zərər verə və hətta deformasiyaya da səbəb ola bilər. Ümumiyyətlə hərarət yüksək olanda bir çox notebooklar daxili qurğularını qorumaq üçün avtomatik olaraq sönürlər.

Hərarətin notebookun batareyasına və onun dolmasına da müəyyən təsirləri vardır. Notebooklarda istifadə olunan adi Litium-İon batareyalarının 0°C-10°C hərarətdə istifadəsi nəzərdə tutulmamışdır. Məhz bu səbəbdən soyuq və şaxtalı havalarda notebookun batareyası tam olaraq dolmur.

 – Dizüstü kompüterinizi təmiz yerdə istifadə edin

Tozlu, dumanlı, qumlu və nəmli məkanlarda notebookunuzu istifadə etməyin. Yuxarıda da qeyd etdiyimiz kimi, notebookun kənar dəlikləri hava axının normal dövriyyəsi üçün nəzərdə tutulmuşdur. Təmiz olmayan yerdə bu dəliklərin tutulması ehtimalı yüksəkdir. Dəliklər tutulduqda notebookun soyumasında müəyyən problemlər meydana gələ bilər.

Unutmayın ki, kompüterlərin 1 Nö-li düşməni tozdur. İstifadə etmədiyiniz zamanlarda ya üstlərini örtün, ya da onları çantasında saxlayın. Amma notebookunuz yenə də tozlanarsa onu tozsoranla aşağı hava təzyiqi ilə təmizləyin. Əgər notebook həddindən artıq kirlənibsə onu açıb təmizləmək lazım gələcək. Bunu özünüz bacarmasanız mütəxəssisə müraciət edin.

 – Əlləriniz təmiz olsun

Klaviatura yapışqan, kirli və yağlı əllərlə toxunmayın. Çünki klaviatur üzərində toplanan kir bir müddətdən sonra daxili hissəyə keçərək qurğuların da kirlənməsinə yol açır. Bu kirlər həm də sərtləşərək notebookun qapağı bağlananda monitorun ləkələnməsinə və cızılmasına da səbəb ola bilər.

Onu da qeyd edək ki, notebookun səthindəki kirlər zamanla mikrob yığınına çevrilir və  bu da insan sağlamlığı üçün real təhlükə törədə bilər. Odur ki, çalışın notebookunuz daima təmiz olsun, zamanla onun tozunu alın, nəm və quru salfetlə təmizləyin.

 – Fincanı dizüstü kompüterinizindən uzaq tutun

Hər bir elektron əşya kimi notebook da sudan “qorxur”. Bəzən insana kompüter arxasında bir fincan qəhvə içmək çox ləzzət edir. Amma diqqətli olun, notebookunuzu bu ləzzətə qurban verməyin. Ani ehtiyyatsızlıq fincanın devrilməsinə və tərslikdən də içindəki mayenin klaviaturun üzərinə dağılmasına gətirib çıxara bilər.

Bəziləri isə öz notebooklarını yeməyə “qonaq edir”. Belə olan hallarda yemək qırıntıları klavişlərin arasına səpələnir və nəticədə klaviaturun normal işinə maneçilik törədir. Son dövrlərin daha bir dəbi də notebookdan çimərlikdə və parklarda fəvvarələrin yanında istifadə olunmasıdır. Əgər notebookunuz Sizə əzizdirsə onu bu kimi təhlükələrdən də qorumalısınız.

 – Dizüstü kompüteriniz ağırlıqqaldıran deyil

Notebookunuz ağırlıqqaldıran deyil. Odur ki, onun üzərinə ağır əşyalar qoymayın. Bəzən ev şəraitində dizüstü kompüteri dolaba qoymaq lazım gəlir. Belə olan hallarda diqqət etmək lazımdır ki, notebook üfuqi vəziyyətdə qoyulsun və üzərində kənar əşyalar olmasın. Xüsusilə də ağır əşyaları notebookunuzun üzərinə qoymayın. Nəzərə alın ki, dizüstü kompüterlərin qapaq hissələri çox sərt olmurlar, ağır əşyalar onları deformasiyaya uğrada bilər.

Bundan başqa diqqətlə baxsanız görərsiniz ki, notebookun qapağı bağlı vəziyyətdə olanda monitorla klaviatura arasında müəyyən bir boşluq olur. Əgər notebookun üzərinə ağır əşyalar qoyularsa bu üst qapağın orta hissəsinə ağırlıq verə bilər. Bu da öz növbəsində monitorun zədələnməsinə gətirib çıxara bilər.

 – Touchscreen monitorlarla diqqətli olun

Dizüstü kompüterlərin ən həssas qurğuları onların monitorlarıdır. Adi notebooklarda istifadəçilər monitora demək olar ki, toxunmurlar, informasiya girişi klaviatur və maus vasitəsilə həyata keçirilir. Lakin touchscreen monitorlarla təchiz edilən notebooklarda monitor eyni zamanda həm də giriş qurğusu olduğuna görə ona toxunmamaq mümkün deyil.

Bu cür monitorlarla işləmək üçün xüsusi e-qələmlər nəzərdə tutulmuşdur. Bundan başqa barmaqlarla da işləmək olar.

Touchscreen monitorlu notebooklarla işləyərkən başqa qələmlərin istifadəsi yolverilməzdir. Əks halda bu monitorun zədələnməsi ilə nəticələnə bilər.

 – Hər zaman uyğun qida adapterindən istifadə edin

Dizüstü kompüterlərin marka və modellərdən asılı olaraq fərqli qida adapterləri olur. Bu adapterlərin elektrik gücü (Vatt) olaraq fərqli çıxış qiymətləri olduğuna görə bir notebookun adapteri digərinə uyğun gəlməyə bilər. Çalışın ki, hər zaman notebookun öz adapterindən istifadə edəsiniz.

Əgər adapterin kabelində zədələnmə varsa ondan istifadə etməyin, təmir etdirin və ya yenisi ilə əvəz edin.

Notebookların qida adapterlərini torpaqlanan ştepsel ilə istifadə edin. Bildiyiniz kimi torpaqlama, sürətli dövr söndücüsüdür ki, elektrik xəttlərində elektrik cərəyanının nasazlığı nəticəsində meydana gələn kiçik bir dəyəşikliyi sürətlə müəyyən edir və elektrik enerjisinin verilməsini dərhal kəsir.

Bundan başqa adapterin kabelini ayrıca yığın və heç vaxt adapterin ətrafına dolamayın.

 – Dizüstü kompüterləri müvafiq çantalarda daşıyın

Dizüstü kompüterlərinizi onlar üçün nəzərdə tutulmuş xüsusi çantalarda daşıyın. Çantaların ölçüsü monitorun ölçüsündən asılıdır, çanta seçərkən müvafiq ölçüdə olanı seçin.

Notebooku çantaya qoymadan əvvəl onu söndürün və ya yuxu rejiminə keçirdin. Həmçinin adapter kabelini, və notebooka qoşulan digər qurğuları ondan ayırın. Çantanı əlavə əşyalarla çox doldurmayın, notebookun yerləşdiyi bölməyə kitab, qalın qovluq və s. əşyaları qoymayın.

Notebook çantasını, hərəkət edərkən zərbələrdən qoruyun. Metro, xüsusi qorunan müəssisə və s. yerlərdə mühafizəçilərin istifadə etdikləri metal detektorundan notebookunuzu qoruyun, çantanı açaraq içindəkinin diziüstü kompüter olduğunu onlara bildirin.

 – Batareyanı düzgün doldurun

Dizüstü kompüterin batareyasını doldurarkən bir neçə məqama diqqət yetirməlisiniz. Əvvəla batareyanın tam boşalmasını gözləməyin onu vaxtında dolmağa qoyun.

Notebooku uzun zaman istifadə etmədiyiniz halda adapteri elektrik şəbəkəsinə bağlı saxlamayın. Yaxşı olar ki, notebooku gecədən səhərə qədər dolmağa qoyasınız, bu batareyanın ömrünü uzatmış olacaq.

Notebookun qida adapterini dolum zamanı düzgün vəziyyətdə saxlayın. Adapteri metal və nəm səthlər üzərində saxlamayın.

Notebookun batareyası öz ömrünü başa vurduqdan sonra onu yenisi ilə əvəz edin.[millibyte.az]

3 ŞƏRH

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here