Qalstuk bağlamaq [məsləhət]

0
3104

yasil_qalstuk

Moruq.Net qalstuk bağlama üsullarını sizlərə təqdim edir. Gündəlik həyatımızda qalstukdan çox istifadə etməsək də, toy günü mütləq qalstuk taxmaq adət-ənənəmizin bir parçasına çevrilib. Hətta qarderobunda bir dənə də olsun qalstuk olmayan kişi toy günü mütləq bu aksesuara müraciət edir. Beləliklə toy günü qalstuk bağlamaq üçün heç kimə müraciət etməmək üçün Sizlərə qalstuk bağlamağın bir neçə yolunu şəkillər və videolarla izah edəcəyik. Həmçinin bir çox iş yerlərində də qalstuk gündəlik iş geyiminin vacib parçasıdır. Hər gün işə eyni tip qalstuk bağlıyıb getməkdənsə bir neçə üsulda qlastuk bağlıyaraq gündə bir stil yaratmaq olar. Evdə bir-neçə dəfə bu üsulları təkrarlasanız tezliklə qalstuk bağlamağı öyrənərsizniz.

Qalstuk kişi geyiminin vacib aksesuarlarından biridir. İşgüzar kişini qalstuksuz təsəvvür etmək çox çətindir. Qalstuk işgüzar adamın xarakterini göstərir, onun nə qədər ciddi olduğunu və gördüyü işlərə də bu formada yanaşdığını əks etdirir.  Qarderobunda heç olmasa 1 dənə də olsun qalstuk olmayan kişini təsəvvür etmək çox çətindir. Qalstuku əlinə birinci dəfə alan şəxsi həmişə belə bir sual maraqlandırır: “Bəs bu qalstuku necə bağlamaq lazımdır?”.
Bu sual nəinki kişiləri, həmdə qadınları maraqlandırır.  Ümumiyyətlə elə hesab edirlər ki, əgər qadın həyat yoldaşının qalstukunu bağlayıb işə yola salırsa, bu kişi üçün uğurlu hesab olunur.

Qalstukum bağlanma üsulları aşağıdakı şəkildə və videoçarxda baxa bilərsiniz, bu qaydalara əməl etsəz asanlıqla istənilən qalstuku bağlaya bilərsiniz:

qalstuk_baglanma_qaydasi



FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here