Şəxsiyyət vəsiqəsini və Soyadını dəyişmək üçün lazımlı sənədlər [məsləhət]

3
5852

şəxsiyyət vəsiqəsi

Şəxsiyyət vəsiqəsini 25, 35 və 50 yaşa çatdıqda, həmçinin ailə həyatı qurduqda və ya boşandıqda, yaşayış yerini dəyişdikdə, hərbi mükəlləfiyyəti dəyişdikdə, adı, soyadı, atasının adı dəyişdikdə dəyişmək lazımdır. Bir çoxlarınıza yəqin ki, bu hallarda hansı sənədlərin Rayon Polis idarəsinə təqdim olunması maraqlıdır. Aşağıda bu haqda sizlərə ətraflı məlumat verməyə çalışacağıq, həmçinin bir-neçə dövlət saytına keçid də təqdim olunacaq. Diqqət!!! Bu mövzuda yalnız ŞƏXSİYYƏT VƏSİQƏSİNİ DƏYİŞƏRKƏN lazım olan sənədlər və həmçinin SOYADI dəyişərkən lazım olan sənədlər təqdim olunmuşdur.

[box type=”shadow” align=”aligncenter” ]

  • Köhnə şəxsiyyət vəsiqəsi (kserosurəti ilə)
  • 3 ədəd 3×4 sm  ölçüdə rəngli foto şəkil
  • Mənzilin orderi və ya qeydiyyat vəsiqəsi (Kupça – kserosurəti ilə) (məncə lazım deyil)
  • Yaşayış yerindən ərizə (mütləq lazımdır)
  • Nigah haqqında şəhadətnamə (kserosurəti ilə) (evlisinizsə)
  • Hərbi bilet (kserosurəti ilə) (qadınlara lazım deyil=))
  • Tibbi arayış (yalnız birinci dəfə alanlara aiddir)
  • Dövlət rüsumunun ödənilməsi haqqında qəbz[/box]

Həmçinin Rayon Polis İdarəsində bu sənədləri təqdim etdikdən sonra sizdən ərizə doldurmağınız tələb olunacaq. Adətən orda oturan xalalar bunu sizin əvəzinizə 1-3 manat arası doldururlar. Özünüz də doldura bilərsiniz. Daha doğrusu özünüz doldurub, rüşvət verməsəniz daha yaxşıdır. Amma xırda səhvlərə görə sizdən ərizəni bir-neçə dəfə təkrar doldurmağınız tələb olunacaq. Həmçinin sənədləri təqdim etdiyiniz inspektor da 5 manat pul dilənəcək.

Bütün bu sənədləri topladıqdan sonra Şəxsiyyət vəsiqənizi dəyişmək üçün qeydiyyatda olduğunuz Rayon Polis İdarəsinə gedin. Həmçinin cibinizdə minimum 10-15 manat pul da götürün. Mütləq lazım olacaq.

Qeyd: Şəxsiyyət vəsiqəsinin vaxtının keçməsinə görə heç bir cərimə ödənilmir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında qanununda və İnzibati Xətalar Məcəlləsində belə maddə yoxdur. Yalnız şəxsiyyət vəsiqəsinin və pasportun itirilməsinə və ya qəsdən korlanmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə əsasən 15 manatdan 25 manatadək miqdarda cərimə edilir.

 

SOYADINI və ya SOYAD sonluğundakı ov yev, ova yeva Sovet sonluqlarını dəyişmək üçün yuxarıdakı sənədlərdən əlavə aşağıdakı sənədlər də lazımdır. Rayon Polis İdarəsinə getməmişdən öncə Rayon Qeydiyyat Şöbəsinə (ZAQS) getməlisiniz.

[box type=”warning” align=”aligncenter” ]

  • Doğum haqqında şəhadətnaməni (metirka) götürərək qeydiyyatda olduğunuz Rayon Qeydiyyat Şöbəsinə yaxınlaşın (ZAQS)
  • Orada Soyad sonluğunun dəyişdirilməsi barədə ərizə doldurmalısınız. Səbəb kimi “Milli Məclisin müvafiq qanunu” göstərilməlidir.
  • Əgər Doğum haqqında Şəhadətnaməniz (metirkanız) köhnədirsə (kiril əlifbası ilə yazılıbsa) bu zaman sizdən yenə ərizə yazmaq tələb olunacaq. Bu dəfə isə Ərizə Şəhadətnamənin yenisi ilə (latın əlifbası ilə olan) əvəz olunması haqqında olacaq.
  • Ərizələri təqdim etdikdən 1 həftə sonra gedib yeni soyadınızla olan Doğum Haqqında Şəhadətnaməni götürürsünüz.
  • İndi isə rahatlıqla Rayon Polis İdarəsinə gedib Soyadınızı dəyişə bilərsiniz. Doğum Haqqında Şəhadətnamə və onun kserosurətini, həmçinin lap yuxarıda Şəxsiyyət Vəsiqəsinin dəyişdirilməsi üçün yazılmış sənədləri də özünüzlə aparmağı unutmayın.[/box]

Əlbəttə ki, burada da sizi qeyri-qanuni rüsumlar gözləyir. Ərizə yazanlar 1 manat, rəis isə 8 manat pul götürür. Mənə dövlət rüsumunun ödənməsi barədə qəbz təqdim olunmamışdı, yəqin sizdə də eyni hal olacaq.  Deməli Rayon Qeydiyyat Şöbəsinə getdikdə də ən azı cibinizdə 10-15 manat pul götürməlisiniz.

Rüsumlar barədə əlavə məlumat üçün kliklə

Rüsumlar barədə daha bir məlumat saytı

3 ŞƏRH

FİKRİNİZİ BİLDİRİN