Windows 8 istifadəçiləri üçün qısa-yol düymələri

1
2346

Windows-8-Logo

Bu məqaləmizdə Windows 8 istifadəçilərinə qısa-yol düymələrini tanıdacağıq. Klaviatura qısa-yolları kompyuterimizi daha məhsuldar və praktik istifadə edə bilməyimizi təmin edir. Uzun yollarla axtarıb tapdığınız bəzi işləmləri iki və ya üç klaviatura düyməsi ilə saniyələr içində aça bilərsiniz.

Windows 8 üçü qısa yol düymələri ilə aşağıdakı siyahıda tam atnış ola bilərsiniz:

(Windows düyməsi klaviatura üzərindəki Windows Logosu olan düymədir. Klaviaturanın ən alt sol tərəf sırasında CTRL və ALT düymələri arasında yerləşir.)

Ctrl + Plyus (+) və ya Ctrl + Minus (-): Ekran görüntülərini, həmçinin başla (Start) səhifəsini yaxınlaşdırır və ya uzaqlaşdırır.

Ctrl + Scroll: Ekran görüntülərini, həmçinin başla (Start) səhifəsini yaxınlaşdırır və ya uzaqlaşdırır.

Windows düyməsi + F: Axtarış səhifəsini açır.

Windows düyməsi + H: Paylaşmaq səhifəsini açır.

Windows düyməsi + I: Nizamlamalar səhifəsini açır.

Windows düyməsi + K: Alətlər səhifəsini açır.

Windows düyməsi + O: Ekran nizamlamalarını açır.

Windows düyməsi + W: Proqramlar üçün axtarış səhifəsini açır.

Windows düyməsi + Z: Tətbiq əmrlərini açır. (Başla səhifəsində)

Windows düyməsi + Space Tuşu: Yazı dillərini dəyişdirir.

Windows düyməsi + Ctrl + Space Tuşu: İlk seçilən yazı dilinə çevirir.

ALT düyməsi + Tab: Çalışan proqramlar arasında qısa keçid.

Windows düyməsi + Ctrl + F:  Şəbəkədəki kompyuterləri göstərər. (şəbəkəyə qoşulu olmaq lazımdır)

Windows düyməsi + Pause: Kompyuterin sistem xüsusiyyətlərini açır.

Windows düyməsi + Plyus (+):  Ekran böyüdəni açır.

1 ŞƏRH

  1. Birinci de men deyim. Ctrl +miskanin SAG duymesi Jemen qovluq ve ya fayla uygun cmd bolmesi acir . cmd ile ishleyenler ucun Cox vacib ve lazimli bir keciddir.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here