150 milyard dollarlıq şirkətin təsisçisindən 7 məsləhət

0
1481

Cek-Ma

Ebay və Amazon kimi e-ticarət saytlarının liderlik etdiyi dövrdə Asiya regionunda rəqabətə alibaba.com saytı qoşuldu və çox keçmədi ki, həmin sayt hər iki rəqib şirkətin cəmdə olan dövriyyəsini ötüb keçdi. Yahoo şirkəti uzaq görənlik edərək Alibaba şirkətinin 40% lik hissə payını 1 milyard dollara alır. Elə bir neçə il sonra öz 17% Yahoo-dan 6.3 milyard dollara geri alan Alibaba şirkətinin dəyəri hal-hazırda 150 milyard dollar olaraq qiymətləndirilir. Şübhəsiz ki, bu cür nəhəng rəqəmlərin arxasında bir o qədər də nəhəng insan xarakteri və lider xarizması dayanır. Söhbət Alibaba.com təsisçisi olan Cek Ma-dan gedir. Bütün dünya onu Amazon və Ebaya atdığı maraqlı bir atmacaya görə tanıyır: ”Əgər Atlantik və Sakit Okeanın balınaları varsa Yangtzı çayının da öz timsahı var.”

Cek Ma öz biznesini qurmaq və böyütmək istəyən gənclərə bu məsləhətləri verir:

1. Hərkəsi razı sala bilməyəcəksiniz. Lakin hər kəsi ümumi bir ideya ətrafında toplamaq mümkündür. Bütün işçilərinizi eyni cür düşünməyə məcbur etmək alınmayacaq. İşçilərinizin 1/3 onsuz da sizə inanmır. Ancaq hamını böyük və həyəcan verici bir ideya ətrafında toplamaq olar. Sizin şəxsiyyətinizə deyil ideyaya pərəstiş edilməlidir.

2. Sizin işçilərinizin texniki biliyi sizdən daha üstün olmalıdır. Əgər sizin şirkətin işçiləri sizin qədər və ya sizdən daha az bilirsə deməli düzgün insanları seçməmisiniz.

3. Həm siyasət həm də bizneslə məşğul olmayın. İkisindən birini seçin. Pul və siyasət bir araya gələndə barıt və kibrit bir araya gəlmiş kimi olur. Partlayış mütləqdir.

4. Rəqiblərinizə düşmən gözü ilə baxmayın. Rəqabət şahmat oyununa bənzəyir. Bir partiyanı uduzmaq dünyanın sonu deyil. Hər zaman növbəti partiyanı oynamaq imkanınız var. Həqiqi iş adamının düşmənləri olmur. Bunu nə qədər tez anlasanız sizə zaval yoxdur.

5. Kim daha vacibdir sualına bu sıralama ilə cavab verin: 1. Müştəri 2. İşçilər 3. İnvestorlar – Sıralama başqa cür olsa sizin biznesin ömrü qısa olacaq.

6. Öz biznesinizi quranda stabil gəlir, illik bonuslar və sığortadan məhrum olunursunuz. Ancaq digər tərəfdən isə gəlirinizə məhdudiyyət qoyulmur. Başqalarından asılı olaraq yaşamırsınız. Vaxtınız bütövlüklə özünüzə aid olur.

7. Əgər mənim iclaslarımda müzakirəyə qoyulan qərar 90% səs üstünlüyü ilə qəbul edilirsə həmin qərarın yazılı olduğu kağızı zibil qutusuna atıram. Hər şey bəsitdir. Əgər hər hansı bir fürsət açıq aydın özünü biruzə verirsə deməli rəqib şirkətlərimiz də bu fürsət üzərində iş görür. Deməli həmin sahənin liderinə çevrilmək çətinləşir. İlk başdan gözə görünməyən və rahatlıqla izah edilə bilməyən fürsətləri araşdırın.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here