“Ağlayan” Sarı Gəlin

0
683

Hamıya məlumdur ki, Azərbaycan və onun milləti ta qədimdən vardır və nə qədər də bu hal digər “xalqlar” tərəfindən şübhə altına salınsada. Biz, azərbaycanlılar, həmişə mərd və dürüst olmuşuq. Bəs indi bu xüsusiyyətlər hardadır? Düzdü bu əksiklikləri hamıya şamil etmək də düz olmazdı. Lakin bunları unudanların çox olması bu məqalənin yazılmasına səbəb olmuşdur. Azərbaycanlıların Tağıyev, Musayev və bir çox bu kimi şəxsiyyətlərinin olması, bu mənəvi dəyərlərin itib batmasıi ilə uyğunlaşmır. Çünki biz bunların nəvələri, bu insanların millətlərinin övladlarıyıq. Amma nə yazıq ki, indiki dövrün gəncləri bunları unutmaq üzrədir.

Gəlin acınacaqlı tərəflərə baxaq: tariximizin bilinməsi. O gün, televiziya kanallarının birində gənc incəsənət “xadimlərindən” sorğu aparıldı. Heç kəs 15 iyun tarixinin Qurtuluş günü olduğunu bilmədiyini bildirdi, ən gülməlisi və bir o qədər dəhşətə gətirən məqam o dur ki, bu şəxslər, həmin gün münasibəti ilə təşkil olunan konsertdə iştirak edirdilər. Gəlin baxaq bugun nə qədər gəncimiz 28 may tarixini dəqiq bilir? 12 iyun tarixində hansi vacib hadisənin baş verdiyini bilir? Bir gun kuçədə gəzərkən, bir qız və oğlan əl ələ gəzir və Nizaminin heykəlinin arxasından keçirlər və məndə təsadüfən söhbəti eşitdim. Qız oğlandan soruşur: “Bu heykəl kimindir?” oğlanın cavabı “Vallah heç məndə bilmirəm.” Əminəm ki, belə hallar çoxdur. Bir xalq artistinin Himnimizin müəlliflərini bilməməsi nə qədər düzdü? Bir Azərbaycan vətəndaşının onun ərazisinin nə qədər olmasının bilməməsi nə qədər düzdü? Mən şəxsən bu insanlara vətəndaş belə deyilməsinə qarşıyam. İndi mən başa düşürəm bizim tarix müəlliməmizi, Cəmilə müəllimə (23 N-li orta məktəb) həmişə bizdən öz tariximizi tələb edərdi və mən şəxsən ona bunun üçün çox minnətdaram.
Daxildəki bu qarmaqarışıq nəticəsində bizim əsirlərlə olan milli dəyərlərimizdə itib əldən gedir. Sarı Gəlinini demək olarki itirmişik. Ən yaxın saydığımız Türkiyədə artıq bu əsərin ermənilərin olmasına inananlar həttan artıq çoxdur. Hər il Dinkin ölüm törənlərində bu mahnı çalınaraq onlara məxsus olduğunu bildirirlər, azərbaycan ifaçıları televiziya kanallarında öz sözlərini belə diyə bilmirlər. Bu hamısı onun nəticəsidir ki, heç bir müdaxilə yoxdur. Niyə bizm Türkiyədəki soydaşlarımız yığışıb buna etiraz etmir? niyə Bakıda bu qədər ictimai təşkilat birləşib bir buna qarşı protest keçirmirlər? Bu sualların cavabı birdir ya qorxurlar, ya özləri belə bilmirlər, yada ki, onlara belə SƏRFƏLİDİR. Gəlin mənəvi dəyərlərimizi qoruyaq!!! Yuxarıda qeyd etdiklərimiz sadəcə bir kiçik hissədir. Axırda bir fransız xadiminin sözlərini sitat gətirmək istəyirəm. Düma Qafkaza gələrkən yazmışdır: “Əgər gürcülərlə iş görəcəksənsə, müqavilə bağla, ermənilərlə iş görəcəksənsə, müqavilə bağla və öz adamının nəzarətçi qoy, bax əgər azərbaycanlılar ilə iş görəcəksənsə, onların yalnız bir “kişi sözü” vermələri yetərdir.” Gəlin məhz Dümanın qeyd etdiyi kimi olmağa çalışaq, mərd olaq, düzgün olaq. Sözümüz söz, əməlimiz düz olaq!!!!

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here