BlackBerry Z10 vs Samsung Galaxy S3 vs iPhone5 [müqaisə]

0
1982

smartfon muqaise

Böyük şirkətlər inkişaf etməyə davam edir. 2007-ci ildə Apple şirkəti iPhone ilə mobil telefon anlayışını dəyişdi və dünyanın ən çox satılan smartfonunu təqdim etdi. Rəqabətə tab gətirəcək yeganə firma Google idi. Elə həmin il Google iPhone smartfonuna rəqib olaraq Android əməliyyat sistemli cihaz təqdim etdi və bu addım çox uğurlu alındı. Hətta Stiv Cobs Google şirkətini plaqiatda günahlandırdı. Və budur illər keçdi, dəyişikliklər olundu, dəyirmanlar fırlandı ortaya iPhone 5 və Android əməliyyat sistemi ilə işləyən Samsung Galaxy S III çıxdı. Keçək smartfon bazarından çıxmaq istəməyən və iPhone və Galaxy SIII-ə özünü rəqib kimi görən Blackberry şirkətinin Z10 modelinə.

BlackBerry Z10 vs Samsung Galaxy S3 vs iPhone5

Artıq “Research in Motion” (RİM) şirkəti tarixə qovuşdu. Mobil telefon istehsalçısı adını dəyişərək rəsmən Blackberry adlanmağa başladı. Yanvar ayında baş tutan təqdimetmə mərasimində artıq telefon bazarında rəqabətə tab gətirməmiş Blackberry bazarda müəyyən yer tutmaq üçün bazara 2 yeni telefon təqdim etdi – Z10 və Q10. Yadınızdadırsa bu smartfonlar haqqında sizə öncədən məlumat vermişdik: Yeni Blackberry Z10 və Q10 təqdim olundu Yeni Blackberry Z10 şəkilləri.

İndi sizlərə hər 3 modelin göstəricilərini müqaisəli olaraq təqdim edəcəyik. Axırda isə özünüz ən yaxşı smartfonu seçərsiniz.

Ekran [box type=”info” align=”aligncenter” ]

Blackberry Z10 4.2 dyumluq ekranla təchiz olunub. Bəzi insanlar 4 dyumluq ekranın bəs edəcəyini fikirləşir, bəziləri isə daha böyük 5 dyuluq ekran arzusundadır. Z10 hər iki növ ekran istəyənlərə orta bir ekran təqdim edir. Z10 355 ppi sıxlıqlı 1280×768 ölçülü ekranla təchiz olunub.

Apple iPhone5 isə 4 dyumluq 1136×640 ölçülü, 326 ppi sıxlıqlı ekranla təchiz olunub.

Samsung-un Galaxy S3-ü isə 1280×720 ölçülü Super AMOLED ekranla təchiz olunub. Ekran 4.8 dyum, piksel sıxlığı isə 306 ppi-dır.

Moruq.Net saytı olaraq bizə görə ən yaxşı ekran məhz Samsung Galaxy S3-dədir. Çünki onun ekranı həm böyük həm də Super AMOLED texnologiyalıdır.  Galaxy S3-ün müqayisə olunan digər modellərdən az piksel sıxlığı olsa da, Z10 LCD ekranla, S3 isə super AMOLED ekranla təchiz olunduğundan daha yaxşı görünüş keyfiyyətinə nail olunub.[/box]

Prosessor – hər bir smartfonun ürəyi onun prosessoru hesab olunur.[box type=”info” align=”aligncenter” ]

Blackberry Z10 1.5 GHz tezlikli Qualcomm Snapdragon S4 prosessoru ilə təchiz olunub. Prosessor çox güclüdür və Z10-da oyun oynayarkən və multi-task istifadə edərkən heç vaxt tutulmaz.

iPhone 5 1.3 GHz tezlikli A6 prosessoru ilə təchiz olunub. Ölçülərinin balaca olduğunu nəzərə alsaq bu prosessor da iPhone-a bəs edər.

Samsung Galaxy S3Snapdragon S4 1.5 GHz tezlikli prosessorla təchiz olunub. Amma ölçülərinin böyük olduğunu nəzərə alsaq Z10-dan daha zəif olacağını aydınlaşdırarıq. (Şimali Amerika versiyası S3 2 nüvəli prosessorla təchiz olunub red.)

Moruq.Net-in prosessor seçimi Z10 və iPhone 5 arasındadır. Amma yeni model olan Z10-a üstünlük verərdik.[/box]

RAM – daha böyük RAM sizə cihazın funksionallığını azaltmadan daha çox proqram yükləməyə imkan yaradır.[box type=”info” align=”aligncenter” ]

Blackberry Z10 2 GB RAMla təchiz olunub. Bu göstərici telefon üçün çox əladır.

iPhone 5 burada bizi təəssüfləndirir, çünki o 1 GB RAM ilə təchiz olunub. Apple buraxdığı son modeldə RAM-ı artırmalıydı, 1 GB RAM son model üçün çox deyil.

Samsung Galaxy S 31 GB RAM-la təchiz olunub. Belə gözəl göstəriciləri olan telefon üçün bu çox azdır. (Şimali Amerika versiyası S3 2 GB RAM-la təchiz olunub red.)

Moruq.Net olaraq əlbəttə ki Z10 üzərində dururuq, 2 GB RAM bu telefonu “tanka” çevirir.[/box]

Yaddaş [box type=”info” align=”aligncenter” ]

Z10 16 GB daxili yaddaşla buraxılır, microSD kart slotu ilə bu rəqəm 64 GB-a qədər artırıla bilər.

iPhone 5 16, 32 və 64 GB daxili yaddaşla istehsal edilir, kart slotu quraşdırılmayıb.

Galaxy S3 16, 32 və 64 GB daxili yaddaşla, həm də microSD kart slotu ilə təchiz olunub.

Bu bölümdə qalib sözsüz ki, Galaxy S3-dür. Siz 64 GB daxili yaddaşlı S3 alıb, üstünə 64 GB microSD kart da taxsanız, onda sizin 128 GB yaddaş yeriniz olacaq. Telefon üçün bu çox böyük göstəricidir.[/box]

Kamera [box type=”info” align=”aligncenter” ]

BlackBerry Z10 8 MP kamera ilə təchiz olunub və 1080p full HD video çəkə bilir. Ön kamera isə video zənglər üçün nəzərdə tutulsa da, 720p video çəkmək qabiliyyətinə malikdir.

iPhone58 MP arxa və 1.3 MP ön kamera ilə təchiz olunub.  1080p və 720p keyfiyyətli video çəkmək olur.

Galaxy S3 8 MP arxa və 2 MP ön kamera ilə təchiz olunub. Eynilə 1080p və 720p keyfiyyətli video çəkmək olur.

Qaliblər Z10 və S3-dür[/box]

Batareya [box type=”info” align=”aligncenter” ]

BlackBerry Z10 modelinə 1800 mAh Li-ion batareya yerləşdirib. Bu da 10 saata qədər danışıq müddəti deməkdir, telefon üçün çox gözəl göstəricidir.

Apple-ın iPhone 5-i 1440 mAh Li-ion korpusa quraşdırılmış və 8 saata qədər danışıq vəd edən batareya ilə təchiz olunub.

Galaxy S3 isə 2100 mAh Li-ion batareya ilə təchiz olunub, bu da 11 saatadək fasiləsiz danışıq deməkdir.

Qalib Galaxy S3-dür.[/box]

[box type=”info” align=”aligncenter” ]Proqramlar (apps) – Bu sahədə Blackberry yeni olduğundan hələ çox çalışmalıdır. BB10 tam olaraq yeni bir əməliyyat sistemidir. Əlbəttə ki, modelin proqram təminatı iOS və Androidə nisbətən dəfələrlə azdır. BB10 üçün 70 000 proqram vardır. Bu siyahıya ən məşhur oyun və ən lazımlı proqramlar daxildir. Apple-ın iOS sistemi üçün 1 milyondan artıq təsdiq olunmuş və təsdiq olunmağı gözləyən proqramı vardır. Apple istifadəçilərinə seçim üçün tonlarla proqram var. Google Play Storeda isə 700 000 proqram var. iOS-dan geri qalsa da BlackBerry World-dan üstündür. Proqram təminatına görə qalib Apple iPhone 5-dir. Düzdür bəzi insanlar üçün bu heç də vacib deyil, lakin bir fakt olaraq biz bunu deməliydik.[/box]

[box type=”success” align=”aligncenter” ]Son SözZ10 modeli Android iOS-dan bezənlər üçün və yenilik axtaranlar üçün yaxşı seçimdir. Sistemi gözəldir və işlətməyə dəyər. Təkcə proqram söhbətini qırağa qoysaq Z10 modeli Galaxy S3 və iPhone 5 kimi giqantlardan geri qalmır. Demək olar ki, Blackberry şirkətini bu telefon ayağa qaldıra bilər.[/box]

Sizin də bu modellər haqqında fikirlərinizi bilmək bizə maraqlı olardı, şərh yazmağı unutmayın.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here