Discovery-dən onilliyin 10 ən vacib elmi kəşfi

0
567

Discovery

Amerika telekanalı olan Discovery XXI əsrin ilk onilliyinin nəticələrini elan etdi və bu müddət ərzində aşkar edilmiş 10 ən vacib elmi kəşfi ictimaiyyətin nəzərinə təqdim etdi.


BİRİNCİ YERDƏ
– buzların ərimə sürətidir, hansı ki, əvvəl təxmin ediləndən daha yüksək oldu.Yer kürəsinin iqlimini araşdıran alimlər müəyyən etdilər ki, Qrenlandiya və Antarktidanın nəhəng buz örtükləri, əvvəlki hesablama modelinə əsasən müəyyən edilmiş ərimə sürətindən daha sürətli əriyir. Məşhur Kilimancaronun və bu kimi digər buzla örtülmüş dağların buzları tam yoxa çıxa bilər. Arktikanın qalın buz örütüyü daha da nazikləşib, gələcəkdə Şimalbuzlu Okeanın yay aylarında tam əriməsi ehtimal olunur.
Əsas problem-bu ərimələrin verəcəyi nəticələrdir. Bəzi proqnozlara görə, dünya okean səviyyəsinin qalxması, su fəlakətlərinə qarşı zəif olan bir çox şəhər və adaların su altında qalmasına gətirib çıxardacaq. Digər tərəfdən isə, bu milliardlarla insana şirin su ehtiyyatının artması deməkdir.
Bütün bunlara baxmayaraq, ən pisi odur ki, daha az buz kütləsinə sahib Yer kürəsi, daha pis olacaq.

İKİNCİ YERDƏ – insan genomunun kartirovaniyası. 2003-cü ildə son versiyası, 2000-ci ildə isə insan genomunun ilk “qaralaması”-nı əldə etmək üçün 10 il vaxt və dünya alimlərinin əməkdaşlığı tələb olundu. Dövlət tərəfindən maliyyələşdirilən Human Genome Project və onun rəqibi Celera Genomics, dünya tarixində ən böyük elmi birlik kimi, insanın necə bir məxluq olmasını aşkara çıxartdı. Bükülmüş şəkildə hər bir insan hüceyrəsinin daxilində 23 molekul yerləşir. Bu molekullarını açıb bir-birinə birləşdirsək onların uzunluğu 91 sm olar. Xromosomlar kimi məşhur olan bu molekullar özündə insan şəxsiyyətinin yaradılması üçün lazım olan göstərişləri toplayıb.



ÜÇÜNCÜ YERDƏ
– Marsda suyun tapılmasıdır. 2008-ci ildə NASAının Feniks aparatı, suyun və orqanik birləşmələrin araşdırılıması üçün, Qırmızı planetə eniş etdi.
Səkkiz il öncə Mars Global Surveyor aparatı Marsın landşaftında suyun əmələ gətirdiyi bir çox quyunun olmasını təsdiq etdi. Demək olar ki bu yaxınlarda Mars Expedition Rovers aparatı Marsda minerallar tapdı və bu minerralr da Marsda qədim suyun olmasını göstərirdi. Ancaq bütün bunlar tam olaraq Marsda suyun olub-olmamasını təsdiq edə bilmirdi.
Və nəhayət ki, axtarışlar öz bəhrəsini verdi. Phoenix aparatı analiz üçün nümunələrin götürülməsi üçün Qırmızı planetin Şimal qütbünə endi. Nümunələrdən birini götürən zaman, aparata yerləşdirilmiş kameralar torpağın üzərində ağ toz aşkar etdi. Növbəti günlərdə şəkillərin müqaisəsi zamanı bu ağ tozun əridiyi çıxdığı aşkarlandı. İntensiv araşdırmalardan sonra alimlər belə bir nəticəyə gəldilər ki, bu ağ toz – su buzudur.
Bu kəşf Qırmızı planetdə suyun olmasını təsdiq etmək lə yanaşı həm də bu suyun mikroblar tərəfindən sağ qalmaq üçün istifadə edilməsi ümidini də verir.

DÖRDÜNCÜ YERDƏ – gövdəli hüceyrələrin etik yolla əldə edilməsi. 2007-ci ildə Kiot və Viskonsin-Medison Universitetlərinin alimləri bir-birindən ayrı surətdə, dəri olması üçün proqramlaşdırılmış, yetkinlik yaşına çatmış insanın yetişmiş hüceyrələrinin, özünü embrional gövdəli hüceyrə kimi aparmasını əldə edə bildi. Yetişmiş hüceyrələr plyuripotent hüceyrələrə çevrildi bu o deməkdir ki, bu hüceyrələr demək olar ki, istənilən növ hüceyərəyə çevrilə bilər.
Bu plyuripotent hüceyrələr iki vacib problemi həll etdi. İnsan DNK-sından istifadə edərək, insan orqanizminin təksib etməyəcəyi birləşmələri (əl, ayaq və s.) həyata keçirtmək olar.

BEŞİNCİ YERDƏ – beynin siqnalları ilə protezlərin idarə olunması. Kiborqlar vaxt ötdükcə real olmağa başlayır. Ötən onillikdə avtomatlaşdırılmış hissələrin və kompyuterlərin insan intellekti vasitəsilə idarə olunmasında böyük uğurlar əldə edilib.
2000-ci ildə Hersoq universitetində, meymun beyninə elektrodlar yerləşdirilmiş və sonra isə meymunu robotlaşdırılmış əl vasitəsilə yeməkləri götürmək öyrədilmişdi.
MIT Media Lab Europe-dan bir qrup, beyin dalğalarının neinvaziv metod ilə oxunmasını kəşf etdi və ilk dəfə onu 2004-cü ildə video-oyun qəhramanının hərəkətlərinin idarə olunmasında tətbiq etdi.
İnsan orqanlarının beyin impulsları ilə idarə olunması ilk dəfə 2001-ci ildə Çikaqo institutunda həyata keçirildi. Həmin vaxt Əlil Cessi Sallivan hər iki avtomatlaşdırılmış əllərini hərəkət etdirə bildi.
Və nəhayət 2009-cu ildə Pyerpaolo Petruziello, onun əsəb sisteminin kultuna naqil və elektrodlarla bağlanmış biomexaniki əlini idarə etməyi öyrəndi. Petruziello dünyada ilk insan idi ki, bu cür çətin hərəkətləri sadəcə olaraq fikirləri ilə etdi.

ALTINCI YERDƏ – “gəlmələrin” planetlərinin aşkar olunması. 2008-ci ildə astronomlar Hubble teleskopunun və Havayi adlarında yerləşən Keck və Gemini infraqırmızı rəsədxanalarının köməyi ilə uzaq ulduzların ətrafinda fırlanan ekzoplanetləri “gördüklərini” bəyan etdilər. İki observatoriya bu yadplanetləri həkk etdi. Keck rəsədxanasının mütəxəssisləri Yerdən 150 işıq ili uzaqlıqda olan HR8799 ulduzunun ətrafında fırlanan üç ekzoplanet gördülər. Hubble teleskopunun vasitəsilə isə, Yerdən 25 işıq ili uzaqlıqda olan Fomalqaut ulduzun ətrafında fırlanan nəhəng bir ekzoplanet tapdılar.

YEDDİNCİ YERDƏ – insanın yeni əcdadları. 2002-ci ildə Çadın şimal hissəsində tədqiqatçılar, 6-7 milyon yaşı olan və Sahelanthropus tchadensis-ə (Toumay kimi məşhurdur) məxsus kəllə aşkar etdilər. Tapıntıların təkcə kəllə sümüklərinin hissələri olması, vacib suallardan birinə cavab verməyə imkan vermədi – bu insan dörd “ayağı” üstə yeriyirdi yoxsa iki ayağı.
Amma sonra isə Ardi peyda oldu. 2009-cu ildə Şimal-şərqi Efiopiyada “Lyusi”-ni tapdılar – daha dəqiq desək indiyə qədər tapılmış insan skeletlərindən ən tamını. “Ardi” adı ilə məşhur olan skelet Ardipithecus ramidus.
4.4 milyon il yaşı olan Ardi iki ayağı üstə yeriyirdi və ağaca dırmaşa bilməsi diqqət çəkən məqamlardandır. Onun dişləri sübut edir ki, o müxtəlif cür qidalar qəbul edirdi.

SƏKKİZİNCİ YERDƏ – qara materiyanın olmasının sübutu. 2006-cı ilin yayında astronomlar elan etdilər ki, bir şey insanlara kosmosu dərk etməyə daha çox kömək edəcək: onlar qara materiyanın olması haqqında sübutlara sahib olduqlarını qeyd etdilər. Buna baxmayaraq onlar tam olaraq bunun yəni qara materiyanın nə olması haqqında heç bir məlumata sahib olmadıqlarını bildirdilər.
Təkzib edilməz sübut iki böyük qalaktika yığının arasında olan Güllə (Bullet Cluster) yığınındakı qazların və ulduzların ölçülməsindən gəldi.

DOQQUZUNCU YERDƏ – dinozavrın yumşaq toxumalarının öyrənilməsi. 2005-ci ildə Meri Xiqbay Şveytzer və onun kolleqaları, balaca Tyrannosaurus Rex-in bud sümüyündən yumşaq toxumaların – qan damarlarının, sümük matriksinin və digər toxumaların aşkar olunması haqqında xəbər verdilər. Toxumlardan əldə edilən aminokislotlar müasir quşlarda rast gəlinir, bu da, alimlərin fikrincə, dinozavr və quşların “qohumluğu” fikrini daha da təsdiqləyir.

Və nəhayət ONUNCU YERDƏ – Günəş sistemində yeni kosmik cismin kəşf edilməsi. 2005-ci ilin yanvarında Mayk Braun və onun qrupu Palomar observatoriyasının köməyi ilə, Plutondan 27% böyük olan 136199 Eris – kiçik cism tapdılar. Eris Plutonu keçdi və Günəş orbitinin 9-cu böyük kosmik cismi oldu.

Bu məlumat ilk dəfə olaraq www.moruq.net saytı tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here