Dondurma haqqında 8 tarixi fakt [maraqlı]

0
1271

dodnurmaBizim eradan 3000 il əvvəl

Qədim Çin. Birinci dondurma hazırlanıb. İmperatorun saray aşpazları  hökmdarı tərkibində portağal dilimləri və nar dənələri olan buz və südün qarışığı ilə yedizdiriblər.

Bizim eradan 380 il əvvəl

“Tibbin atası”, yunan həkimi Hippokrat ilk dəfə məhsulun faydasını vurğulayıb. O, xəstələrə dondurulmuş krem yeməyi tövsiyə etmişdi. Onun fikrincə, belə krem əhvalı yaxşılaşdırır.

Bizim eradan əvvəl 4-cü əsr

Makedoniyalı İsgəndəri dondurmaya qonaq etmək üçün xüsusi kölə estafatləri düzənlənirdi, onlar qaçaraq dağ buzlaqlarından buz gətirirdilər.

1295-ci il

İtaliya səyyahı Marko Polo Çindən Avropaya meyvə dondurmasının reseptini gətirib.

1850-ci il

ABŞ-ın on ikinci prezidenti Zakari Teylor vəfat edib: o, isti gündə xeyli dondurma yemişdi. İlk dəfə olaraq dondurmanın zərərləri haqqında söhbətlərə başlanılıb.

1950-ci illər

Britaniya alimlərindən ibarət qrup (onların arasında gənc Marqaret Tetçer də olub) “yumşaq dondurma”nın əldə edilməsi üsulunu tapıblar. Özünə karyera quran xanım sonradan siyasətlə məşğul olmağa başlayıb.

1990-cı illər

Ukraynada tərkibi donuz piyindən ibarət dondurma istehsalına başlanılıb.

2001-ci il

Alman alimləri dondurmanın bir sıra faydalı xüsusiyyətlərini aşkar ediblər. Məlum olub ki, o, orqanizm tərəfindən seratonin maddəsinin hazırlanmasını stimullaşdırır. Sözügedən maddə stress və depressiya ilə mübarizədə faydalıdır, əsəbi gərginlik və yorğunluğu aradan qaldırır.

Müəllif: Emil Hüseynov

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here