Dünyanın ən kasıb prezidenti [foto]

0
1462
El Pepe özünə çay süzür
El Pepe özünə çay süzür

Şəkildə gördüyünüz bizim pensionerlərdən deyil, o iqtisadi cəhətdən Latın Amerikasında ən çox inkişaf etmiş bir ölkənin prezidentidir.

El Pepe (2)Xose Alberto Muxika Kordano – Uruqvayın prezidentidir. 78 yaşlı El Pepe (yerli sakinlər prezidenti belə çağırır) demək olar ki bütün prezident maaşını xeyriyyəçiliyə sərf edir. Bu da onu dünyanın ən kasıb prezidenti və ya başqa sözlə dünyanın ən xeyirxah prezidenti edir. Prezident ayda 263 000 uruqvay pesosu (9550 manat) maaş alır. Bu puldan yalnız 26 300 pesonu (955 manat) özünə götürür.

El Pepe (1)Prezident saraydan imtina edib və balaca kənd evində yaşayır. O suyu həyətindəki kəhrizdən çıxardır. Ölkənin birinci xanımı ilə torpaq işləri görür, gül becərir. Xose Muxika partizan hərəkatının iştirakçısı olub, bir-neçə yara alıb, 14 il hərbi türmələrdə yatıb. Muxikanın ən böyük şəxsi alışı 1987-ci il buraxılışlı Volksvagen juk avtomobili olub. O bunun üçün 1945 dollar xərcləyib.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 8 ildir eyni məbləğdə maaş alır – 15 000 manat.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here