Həyat yoldaşına inam [maraqlı]

0
1121

Ford ailesi

19-cu əsrin sonlarında, 1890-cı illərdə Detroytdakı elektrik şirkətlərindən birində, həftəsinə 11 dollara işləyən cavan bir mexanik var idi. O gündə 10 saat işləyirdi, evə gəldikdən sonra isə ahırda gecə gec saatlara qədər yeni tip mühərrik düzəltmək üçün çalışardı. Atası düşünürdü ki, oğlu boş yerə vaxt itirir, qonşuları onu dəli adlandırırdı, heç kim inanmırdı ki, onun gecələr işləməsindən ortaya nəsə çıxa bilər. Heç kim inanmırdı… Bircə onun həyat yoldaşından başqa.

Arvadı ona gecələr işləməkdə kömək edərdi, əlində kerosin lampa tutaraq saatlarla ərinin işıqda işləməsinə şərait yaradardı. Əlləri göyərərdi, soyuqdan dişlərini qıcardı, xəstələnərdi amma… O ərinə çox inanırdı!!! İllər sonra ahırdan qəribə səs gəldi. Qonşular gördülər ki, yolda atsız bir arabada dəli və onun arvadı gedir. Bu dəlinin adı Henri Ford idi.

Forddan müsahibə alarkən jurnalistlərdən biri belə bir sual vermişdi ki, digər həyatda Ford kim olmaq istəyərdi. Dahi isə cavabında demişdi: “Kim oluramsa olum, amma bircə arvadım yanımda olsun”.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here