Pəhriz saxlamadan necə arıqlamaq olar? [məsləhət]

Pəhriz saxlamadan necə arıqlamaq olar? [məsləhət]

2 904

pehriz (2)

Artıq çəkidən əziyyət çəkən xanımlara pəhriz saxlamadan arıqlamağın bir neçə sirrini açacağıq.


1. Düzgün ət seçin. Bu o deməkdir ki, yağsız ət yemək lazımdır, toyuğu isə dərisiz bişirmək lazımdır. Bu isə hər 200 qram toyuq ətində əlavə 10 qram yağdan qurtulmaq deməkdir.

2. Düzgün bişirilmə. Əti yaxşı qızmış tavada qızartmaq lazımdır. Yüksək teperaturda ətin məsamələri bağlanır və o daha az miqdarda yağı canına çəkir.

3. Kartof halqalarını tost maşınında bişirmək daha xeyirlidir.

4. Yağa qənaət. Yağçiləyicidən (pulverizator) çıxan yağlardan istifadə edin. Tavaya çox az miqdarda yağ çiləsəniz belə o yeməyin yanmasının qarşısını alacaq.

5. Əgər omletə süd əvəzinə qazlı su əlavə etsəniz o daha az kalorili alınar.

6. Qızardılmış kolbasalar. Kolbasanı qızartmamışdan öncə onu çəngəl ilə bir neçə yerdən deşin. Bu yağın həmin deşiklərdəm axıb çıxması üçündür.

7. Toyuq və balıqları öz sularında bişirin. Bunun üçün sadəcə olaraq onları falqa ilə bağlayıb, yağ əlavə etmədən bişirin.

8. Əti çörək qırıntıları ilə örtməzdən öncə ətə limon suyu vurun və göyərti ilə sarıyın.

9. Mayonez əvəzinə tərəvəz bulyonunnan sous, sirkə və 1 çay qaşığı bitki yağı istifadə edin.

10. Test hazırlamaq üçün yağlılığı aşağı olan yağlardan istifadə edin. Yağ əvəzinə marqarin (75 qr marqarin 100 qr kərə yağını əvəz edir) və 1 zülal istifadə edin.

pehriz

11. Şokoladlı piroq hazırlayarkən şokolad əvəzinə kakao tozundan istifadə edin.

12. Keks hazırlamaq üçün istifadə etdiyiniz testdə kərə yağının yarısını çox miqdarda yoqurtla əvəz edin.

13. 100 qr yer fındığında 60 qr yağ olur. Yerfındığı piroqu hazırlayarkən yerfındığının üçdə birini qovrulmuş vələmirlə (yulaf) əvəz etsəniz piroq daha yüngül alınar.

14. Yumurtada qənaət. Yumurtanın sarısında çox yağ var, ağında isə yoxdu. Ona görə də daha çox yumurtanın ağından istifadə edin. Əgər resept məsələn 5 yumurta tələb edirsə, onda 2 diri yumurta və 3 yumurta ağından istifadə edin.

15. Testoda adi süd əvəzinə yağsız süddən istifadə etsəniz, onda 2 qr yağa qənaət etmiş olarsınız.

16. Qabarma üçün xüsusi kağızdan istifadə edin. Onun köməyi ilə formaları yağlamaq lazım deyil, yumaq da asand olacaq.

17. Maqazin süzməsi almaqdansa özünüz süzmə hazırlayın. Bunun üçün aşağı yağlılığı olan süzməni giləmeyvə ilə qarışdırın. 12 qr yağa qənaət edərsiniz.

18. Südlü şokoladı ya iris ya da jeleli konfetlərlə əvəz edin. Bu ən yaxşı əvəz edicidir, tərkibində yağ yoxdur. Variant kimi tərkibində şokolad qırıntıları olmayan meyvəli və ya dənli konfetlərdən də istifadə etmək olar.

19. Mürəbbənin tərkibində yağ olmur. Ona görə də çörəyi şokolad yağı və ya kərə yağı ilə yeməkdənsə, mürəbbə ilə yeyin.

20. Dondurmanın vaflisiz stəkanda olanını yeyin. Bununla siz 120 kaloriyə qənaət edərsiz.

pehriz (1)

21. Bəzən filmlərə baxarkən popkorn yemək olar. Amma şirin olmayan və yağ əlavə olunmamışını. 50 qr popkornda 170 kkalori var.

22. Çalışın tərkibində 70%-dən az olmayan kakaolu şokoladlar alın. Belə şokoladlar şirin iştah güclü olanda iştahı azaldır. Həm də beyinin potensialını artırır.

23. Əgər ürəyiniz şokolad istəyirsə bir stəkan kakao için.

24. Çipsləri duzlu küləşlə əvəz edin.

25. Gündə 4 stəkan yaşıl çay için və 1 çay qaşığı darçın, 1 qreyfrut yeyin. Bununla siz arıqlayacaqsınız.

26. Gündə 8 stəkandan az olmayaraq su için.

[box type="info" align="aligncenter" ]Səhv tapsanız şərhlərdə iradınızı bildirin. Düzəldərik.[/box]

2 şərhlər

Cavab yaz