Gresso Radical smartfonu [mobil]

0
1186

gresso radical

Gresso şirkəti növbəti lyuks klass smartfon təqdim edib. Bu dəfə yenilik Android əməliyyat sistemi ilə çalışacaq, korpusu isə titandan olacaq. Smartfonun texniki göstəriciləri də pis deyil.

Smartfon Gresso Radical R1 adlanır. Korpus və arxa qapaq 5-ci sinif titandan hazırlanıb. Belə bərk materialın hazırlanması 8 saat ərzində yüksək texnologiyalı cihazlar vasitəsilə həyata keçirilir. Əlavə olaraq 4 saat da hazır korpusun əl ilə cilalanmasına gedir. Bu materialdan həm də düyməciklər və ön paneldəki Gresso loqotipi hazırlanıb. Arxa paneldə Gorilla Glass şüşəsindən istifadə olunub. Bu şüşədən kameranın obyektivində və aşağı hissədə istifadə olunub.

gresso radical2

Smarfonun ölçüləri 138x69x12 millimetrdir. Texniki xüsusiyyətləri: 1,2 Hhz sürətli 4 nüvəli prosessor, 4,5 dyumluq qHD sensor ekran, 8 Mp kamera, 36 Gb daxili yaddaş və Android 4.1.2 Jelly Bean əməliyyat sistemi.

gresso radical3

Maraqlıdır ki, Gresso Radical R1 lyuks klass smartfonlar arasında iki Sim-kart yeri olan nadir telefonlardandır. Qiyməti təxminən 1668 dollardır. Əlavə olaraq ağ və ya sarı 18 karatlıq qızıldan loqotip istəsəniz telefonun qiyməti 450 dollar qalxacaq. CES 2014-də rəsmi təqdimatından sonra satışa buraxılacaq. Cəmi 999 ədəd tirajı olacaq.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here