Nokia-nın yeni modelləri satışa buraxılacaq

0
809
Nokia 700 və 701
Nokia 700 və 701
Nokia rəsmi olaraq 700701 modellərinin erkən sifarişi haqqında məlumat yayıb. Bu modellər Nokia şirkətinin yeni əməliyyat sisemi olan Symbian Belle ilə işləyən ilk telefonlardır.

Çox yaxınlarda cihazlar satışda olacaq. Telefonların dəqiq qiyməti məlum deyil, amma əvvəllər qeyd olunurdu ki, Nokia 700 291 AZN, 701 modeli isə 312 AZN olacaq.

Finlər 700 modelinin dünyada ən yığcam sensor ekranlı telefon olduğunu bildirirlər. Onun ölçüləri 110x51x9,7 mm-dir. Cihaz Gorilla Glass-dan mühafizə şüşəsi ilə təchiz olnmuş 3,2*AMOLED-ekran, 1 HHz prosessor, standart modullar – Bluetooth 3.0, Wi-Fi, GPS və NFC, FM-tyuner, 2 Gb daxili yaddaş, microSD kart yeri və 5 Meqapiksellik diodlu fləş kamera ilə təchiz olunub.

701 modelinin isə başqa özləlliyi var – o dünyada ən parlaq displeyə malikdir – 640×360 nöqtəlik 3,5″ IPS matriça. Həmçinin 701-də 8 Gb yaddaş və 8 meqapiksellik kamera var. Qalanları isə 700 modelində olduğu kimidir.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here