Nokia X1-00 – 35 avroya

0
444
Nokia X1-00
Nokia X1-00

2011-ci ilin yazında yeni X1-00 telefonunun satışına başlanacaq. Nokia şirkətinin istehsal edəcəyi bu telefon mediapleyer almaqdansa musiqilərə telefonunda qulaq asmağa üstünklük verənlər üçün nəzərdə tutulub. Amma Nokia X1-00 bu çoxlu funksiyaları olan, böyük sensor displeylə təchiz edilmiş və sahibindən ağıllı olmağa çalışan super müasir telefon deyil. Telefon çox sadədir və mobil cihazlara çox pul xərcləməyənlər üçündür. Rəsmi press-relizdə deyilir ki telefonun qiyməti vergilərsiz 35 avroya olacaq.

Doğurdan da belə mobil telefon baha ola bilməz, çünki onda heç nə yoxdur. Sadəcə olaraq Nokia X1-00 modelini güclü dinamiklə təchiz edib və onu kamera olan yerdə yerləşdirib, həmçinin yaxşı proqram təminatlı mp3 pleyerFM-tyuner, bir də ki, yaddaş kartı üçün microSD yeri. 3.5 millimetrlik qulaqcıq çıxışı da öz yerində.

Batareykası da telefonu mp3 pleyer kimi işlətmək üçün nəzərdə tutulub. Ona görə də 38 saat mp3 oxumaq imkanına malikdir. Əgər X1-00 telefon kimi işlətsək onda telefon 13 saat davam gətirəcək. Gözləmə rejimində isə telefon 61 gün açıq qala bilir.

Telefonun platasında mənəvi olaraq köhnəlmiş Nokai Series 30 durur. X1-00-ın öz yaddaşı yoxdur. Yalnız 250 sms və 500 telefon nömrəsi saxlamaq olar. Ekranının ölçüsü isə 128×160-dır.

Telefonu bu ilin ikinci yarısında mavi, narıncı və gümüşü rənglərdə telefon mağazalarından almaq olacaq.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here