Samsung yeni Galaxy S4 mini La Fleur təqdim etdi [mobil]

0
3977

Galaxy S4 mini La Fleur (1)

Samsung Electronics şirkəti La Fleur kolleksiyasından olan telefon modelləri assortimentini zənginləşdirməkdə davam edir. Bugün bu siyahıya özünün flaqman smartfonunun kiçik versiyası olan Galaxy S4 daxil edilib.

Galaxy S4 mini La Fleur modeli üzərində güllü naxışlar olan qırmızı rəngdə (Red Aurora) hazırlanıb. Həmçinin adına uyğun proqram təminatı da var. Bu yeni alət Almaniyada təqdim olunub. Başqa hansı ölkələrdə satılacağı barədə məlumat verilməyib.

Təqdim olunmuş alət original Galaxy S4-ün xüsusiyyətlərinə malikdir. La Fleur modifikasiyasında da 8 Gb daxili yaddaş, 1,5 Gb operativ yaddaş, ikinüvəli 1,7 Hhz sürətli Qualcomm Snapdragon 400 prosessoru, 4,3 dyumluq 960×540 ölçülü Super AMOLED ekran quraşdırılıb.

Həmçinin 1,9 Mp  ön kamera və 8 Mp arxa kamera da öz yerində qalıb. Akkumlyator 1900 mAh həcmlidir. Wi-Fi a/b/g/n, Bluetooth 4.0 и GPS + Qlonass modulları və əməliyyat sistemi Android 4.2.2 Jelly Bean.

Galaxy S4 mini La Fleur (2)

Galaxy S4 mini La Fleur satışa gələn ilin yanvar ayından buraxılacaq. Avropada qiyməti 417 Avro olacaqdır.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here