Yeni BlackBerry Bold 9900 və 9930

0
447
BlackBerry Bold 9900 və 9930
BlackBerry Bold 9900 və 9930

RİM şirkəti özünün yeni smartfonları olan Blackberry Bold 9900 və 9930-u rəsmi olaraq təqdim etdi. Məzmun olaraq bu telefonlar bir modelin iki versiyasıdır. Ona görə də texniki xüsusiyyətləri demək olar ki eynidir. Bold 9900 və 9930 modelləri ilə istehsalçı tam yeni Blackberry 7 əməliyyat sistemini də təqdim edir.

Gözlənildiyi kimi smartfon 1.2 Hhz-lik Snapdragon prosessoru ilə təchiz olunub, həmçinin 8 Gb daxili yaddaş (microSD kart yeri də var), 2.8 dyumluq 640×480 ölçüdə multisensor displey, 5 Mp kamera – 720p ölçüdə video çəkiliş də apara bilir, simsiz standartlardan isə Wi-Fi 802.11a/b/g/n, Bluetooth 2.1 və NFC də vardır. 9900 HSPA+ şəbəkələrdə 3 diapazon, GSM/EDGE şəbəkələrdə 4 diapazonda işləyə bilir, 9930 isə CDMA/EV-DORev.A şəbəkələrdə 2 diapazon və HSPA+ şəbəkələrdə 2 diapazon, GSM/EDGE şəbəkələrdə 4 diapazonda işləyə bilir. Yeni modellərin satışı bu ilin yay ayına planlaşdırılıb.

Bu iki yeni modellə şirkət yeni əməliyyat sistemi olan BlackBerry 7 əməliyyat sistemini də təqdim edib. Yeniliklərdən əsasən ümumi istehsalın optimizə olunması, şəbəkədə səsli axtarışın dəstəklənməsi, veb-səyahətçinin yenilənməsi, həmçinin tam olaraq yeni sinxron JavaScript kompilyator və HTML-5 videonu göstərmək olar. RİM şirkəti bildirim ki, köhnə modelləri BlackBerry 7 əməliyyat sistemi ilə işlətmək olmayacaq, o yalnız yeni modellərdə işləyəcək.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here