Yeni Nokia X7

2
687
Yeni Nokia X7
Yeni Nokia X7

Gəzən şailərə axır ki, son qoyuldu. Dünən (13.04.2011) Nokia şirkəti London-da keçirilən sərgidə özünün yeni X7 musiqi smartfonunu rəsmi olaraq təqdim etdi. Smartfon Nokia X7 klaviaturasızdır və 4 dyumluq sensor displeylə təchiz olunub. Displey AMOLED texnologiyası ilə hazırlanıb. Yenilik korpusun künclərinin müəyyən bucaq altında əyri olması və hər küncdə bir dinamiklə təchiz olunmasıdır. X7-nin arxa tərəfi paslanmayan gümüşü rəngli metaldan, ön hissəsi isə Corning Gorilla-dan dözümlü şüşə ilə örtülmüşdür.

Nokia X7-nin xarakteristikaları olduqca yaxşıdır. Telefon 8 meqapiksellik, ikili işıqdiodlu aydınladıcı kamera ilə təchiz olunub. Həmçinin HD formatda (720p) video çəkilişi də mümkündür. GPS qəbuledici, Wi-Fi modul və Bluetooth, 3.0, 3.5 millimetrlik çıxışlar və microSD kart yaddaşı da var.

Nokia X7 2011-ci ilin 2-ci yarısında satışa çıxarılacaq və qiyməti 380 avro (vergilərsiz) olacaqdır. Satışa 2 rəngdə: qara və boz rənglərdə buraxılacaqdır.

Yeni Nokia X7
Yeni Nokia X7

2 ŞƏRH

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here