Smaylik formasında üzük

1
1657
Smaylik formasında üzük
Smaylik formasında üzük

Chao & Eero Jewel firması həm qızlar, həm də oğlanlar üçün nəzərdə tutulmuş maraqlı aksesuar düzəldib. Şəkildən də göründüyü kimi üzük tam olaraq yumru, dairəvi formada deyil, lakin buna baxmayaraq barmaqda rahatca dayanır və barmağın üzərində ən sadə smaylik formasını əmələ gətirir.

Köhnə, eynitipli, antik üzüklərdən fərqli olaraq bu aksesuar özündə müasirlik ruhunu əks etdirir və sahibinin proqressiv və eksperimentlərdən qorxmayan, əlbəttə ki, şən və zarafatcıl biri olduğunu göstərir.

Smaylik formasında üzük
Smaylik formasında üzük

Üzük gümüşdən hazırlanıb. Üzüyün bir sonu nöqtələr, digər sonu isə mötərizə şəklində düzəldilib.

Üzük müxtəlif variantlarda təqdim olunur və qiyməti 126 avrodur.

P.S. Maraqlıdır – üzüyün sahibi kiminsə alnına zərbə endirsə onun alnında smaylik işarəsi qalacaqmı?=)

1 ŞƏRH

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here