Stefani Mayer – bioqrafiya və əsərləri (2007-2011)

0
659
Stefani Mayer - bioqrafiya və əsərləri (2007-2011)
Stefani Mayer - bioqrafiya və əsərləri (2007-2011)

Sizlərə yazıçı Stefani Mayer-in qısa bioqrafiyası və əsərlərinin yığması təqdim olunur. Onun əksər əsərləri fantastika, fentezi və mistika janrlarına aiddir.

Stefani Mayer 1973-cü ildə Hartford-da, Konnektikut ştatında anadan olmuşdur. Yazıçının uşaqlığı Finiks-də, Arizona ştatında keçir. O, Provo-da, Yuta ştatında Briham Yanq mormon universitetini bitirmişdir və ingilis dilindən bakalavr dərəcəsi almışdır. Tələbəlik illərində çoxlu kitab oxumağı sevərdi. Onun sevimli yazıçıları Orson Skott Kard, Ceyn Ostin, Villiyam Şekspir, Şarlotta Bronte və Dafna Dyumorye idi. Mayer-in sözlərinə görə 2003-cu ilin iyun ayının 2-də o yuxuda 2 sevgilini görür. Yuxuda oğlan-vampir çox sevdiyi insan-qızın qanını içmək istəyir. Bu yuxudan sonra məşhur “Alatoranlıq” romanı yazır. Bir neçə uğursuz nəşriyyat axtarışından sonra o Little Braun və K nəşriyyatı ilə 3 kitablıq müqavilə imzalayır. Əsasən yeniyetmə gənclər üçün nəzərdə tutulan roman 2005-ci ilin yazında satışa çıxarılır. Çıxdığı gündən məşhurlaşır. Amerikanın milli bestseller-lər siyahısında 5-ci yeri tutur. Sonra Mayer ildə bir sikvel yazmağa başlayır – “Yeni Ay” (“Новолуние” “Newmoon”) (2006), “Ay tutulması” (“Затмение” “Eclipse”) (2007), “Şəfəq” (“Рассвет” “Breaking Down ) (2008). Sonra Mayer daha böyük auditoriya üçün nəzərdə tutulmuş “Qonaq” elmi-fantastik romanını yazır. Elə həmin il onun birinci kitabına çəkilmiş “Alatoranlıq” filmi ekran üzü görür. Filmin rejissoru Ketrin Hardvik olur.

Yığmaya daxil olan əsərləri:

Alatoranlıq (Сумерки, Twilight)
Yeni Ay (Новолуние, New Moon)
Ay tutulması (Затмение, Eclipse)
Şəfəq  (Рассвет, Breaking Down)
Gecəyarısı Günəş (Полуночное солнце, Midnight Sun)
Gündoğana qədər. Bri Tanner-in qısa 2-ci həyatı (До рассвета. Недолгая вторая жизнь Бри Таннер, The Short Second Life of Bree Tanner)
Qonaq (Гостья, The Host)
Yerdə Cəhənnəm (Ад земной, Prom Nights from Hell)

Adı: Bioqrafiya və əsərləri
Buraxılış illəri: 2007-2011
Müəllif: Stefani Mayer
Format: FB2
Keyfiyyət: eBook
Dil: Русский
Həcm: 6.01 Mb

Stefani Mayer – bioqrafiya və əsərləri (2007-2011) pulsuz yüklə

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here