Qaydalar

Moruq.net saytının Ümumi Qaydaları: 

Bu qaydalar bütün Moruq.net saytı üçün ümumidir və hər bir İstifadəçi, həmçinin Administrasiya tərəfindən əməl olunması vacibdir. Əgər Moruq.net saytı bölmələrində əlavə Daxili Qaydalar yaradılıbsa, onda həmin qaydalar Moruq.net saytının Ümumi Qaydalarına əlavə sayılır və əməl olunması vacibdir. Moruq.net saytı (İndidən sonra sayt) Administrasiyası sayt Qaydalarını İstifadəçini məlumatlandırmadan birtərəfli şəkildə dəyişmək hüququna malikdir. Qaydalardan xəbəri olmamaq onların pozulduğuna görə məsuliyyətdən azad etmir. Konkret hansısa bir məsələdə Qaydaların izahı zamanı son söz Administrasiyaya mənsubdur. Mübahisəli məsələ və problemlərin həlli Administrator və Moderatorlar tərəfindən bağlı keçirilən müzakirədən sonra açıqlanır.

Ümumi Mövqe:

a. Qaydalardan xəbəri olmamaq onların pozulduğuna görə məsuliyyətdən azad etmir.
b. Müzakirə üçün istənilən bir şərh yazdıqda Siz avomatik olaraq Həqiqi Qaydalar və onların yerinə yetirilməsini qəbul edirsiniz.
c. Serverdə yerləşdirilən bütün məlumatlar yalnız və yalnız tanıtım xarakteri daşıyır. Bütün şərhlər Müəlliflərin fikrini bildirir və Administrasiya onlara görə heç bir məsuliyyət daşımır.
d. Saytda müzakirə dili yalnız “Azərbaycan dili”-dir. Əmtəə nişanları, alət adları, proqram və abbreviatura adları istisna hallar sayılır.
e. Xuliqanlara fikir verməyin. Siz təhqir olduğunuzu düşünsəniz belə, onlara cavab yazmayın, sadəcə olaraq Administratora müraciət edin. Qalanı Sayt Administrasiyası tərəfindən həll olunacaq.

Moruq.net saytı dostcasına söhbət, müzakirə və istənilən mövzunun açıqlanması üçün yaradılıb. Saytın bütün İstifadəçiləri eyni hüquq və vəzifəyə malikdirlər, bütün bu Qaydaların və Azərbaycan Respublikası Qanunlarının pozulmamasına cavabdehlik daşıyırlar.

İstifadəçilər başa düşməlidirlər ki, digərlərinin təhqiri, fleymin yandırılması və provakasiya yol verilməzdir, bütün İstifadəçilər qeydiyyat tarixindən, şərh və mövzularının sayından asılı olmayaraq eyni hüquqa malikdirlər.Onu da unutmaq lazım deyil ki, Siz yazdığınız hər sözə görə cavabdehlik daşıyırsınız. Sayt Administrasiyası, şikayət və ya məhkəmə qərarı olduqda Sizin Şəxsi və ya istənilən digər məlumatları təqdim etmək, göstərmək hüququna malikdir.

1. İstifadəçinin hüquqları:

1.1. Bu qaydalara uyğun, istənilən forumda yeni mövzuların açılması.
1.2. Digər İstifadəçilərdən bu qaydalara əməl olunmasını tələb etmək.
1.3. Razı olmadığı Administrasiyanın atdığı hər hansı addımı tənqid etmək (Administrasiyaya Şəxsi Məktublar yazmaqla)

2. İstifadəçinin vəzifəsidir:

2.1. Qeydiyyatdan keçərkən işlətdiyi elektron poçt ünvanını göstərmək. Əgər siz gizliliyi qorumaq istəyirsinizsə, onda elektron poç ünvanınızın göstərilməsini qadağan edə bilərsiniz. Biz Sizin göstərdiyiniz İnformasiyanın gizli qalacağına zəmanət veririk. Administrasiya sizin elektron poçt ünvanınıza ümumi xarakterli xəbərlərin göndərilməsi hüququna malikdir, Sizin elektron poçt spam göndərilməsi üçün istifadə olunmayacaq. Şəxsi Otağınızdan Administrasiyanın xəbər göndərməsindən imtina edə bilərsiniz.
2.2. Sayta şərh yazmamışdan öncə Qaydaları diqqətlə oxuyun, yaradacağınız mövzunun uyğun bölmədə yazılmasına fikir verin. Əgər bilmədən bölməni səhv göstərsəniz, onda Moderatora müraciət edərək mövzunu uyğun bölməyə keçirilməsini xahiş edin. Müxtəlif bölmələrdə eyni mövzu yaradılması flud kimi qiymətləndiriləcəkdir.
2.3. Mövzu yaratmamışdan öncə, həmin mövzunun yaradılıb müzakirə olunmamasından əmin olun. Bunun üçün mövzunun Adına və Məlumatına görə filtrdən, həm də Axtarışdan istifadə edə bilərsiniz.
2.4. Başqasının məqaləsini foruma yerləşdirmək istəsəniz onda həmin məqalənin Müəllifini və haradan götürüldüyünü qeyd etməlisiniz.
2.5. Yeni mövzu yaratdıqda ona mənalı ad qoyun. Bu ad mövzunun və ya sualın məzmununu əhatə etməlidir. “Mənə kömək edin”, “Problemim var”, “Bir neçə sual” kimi adlarla yaradımış mövzular silinəcəkdir. Bu hallar təkrarlandıqda Sizə sayta daxil olmaq qadağan ediləcəkdir.
2.6. Adminsitrator və moderatorların mövzuda və ya Şəxsi Məktubda yazdıqları tələbləri yerinə yetirmək. Əgər Siz verilən qərarla razı deyilsinizsə, sonradan onu şikayət etmək huqunuz var.

3. İstifadəçiyə qadağandır:

3.1. Mənasız niklər qeydiyyatdan keçirtmək (məs: kbfg və ya rt546), həmçinin ədəbsiz və ya təhqiramiz niklər, söyüş yazılan niklər, sayt adları, e-mail adları və bu kimi digər niklər seçmək.
3.2 İkili qeydiyyat (iki və ya daha çox nik qeydiyyatdan keçirtmək) və niklərin tutulması (digərlərinin həmin nikdən istifadəsinə mane olmaq üçün). Vizual oxşar olan niklərin qeydiyyatı da qadağandır.
3.3. Reklam xarakterli mövzuların yaradılması (link və imzalarda da), bilərəkdən yalan məlumat yerləşdirmək, kobud, ədəbsiz sözlər, fitnəkar, ekstremist məlumatlar, həmçinin ayrı-ayrı şəxslərin və ya topluların təhqir olunması, alçaldılması. İstifadəçiləri aldatmaq və ya onlara hər hansı bir xəsarət yetirmək məqsədilə yaradılmış mövzular. Məsələnin həlli üçün lazımlı informasiyası olmayan mövzular, sırf mövzunun birinci yerə qaldırılması üçün yazılan şərhlər.
3.4. Saytın ümumi görünüşünü, dizaynını pozan mövzu və şərhlər, həmçinin mövzu, imza və şərhlərdə vizual formanı pozan yazılardan istifadə (açıq rənglər, böyük şriftlər, mənasız şəkillər, smayliklərin çoxluğu).
3.5. İmzalarda linklərdən istifadə (Şəxsi saytınızın linki istisnadır). İmzada istənilən şəkilin yerləşdirilməsi. 5 sətirdən uzun imzaların yaradılması, teqlərdən istifadə (code, quote, şriftin böyük ölçüsü və s.)
3.6. Saytın İstifadəçilərini bu və ya digər formada təhqir edən Avatarlardan istifadə. Həmçinin Azərbaycan Respublikası Qanunlarını pozan şəkillərdən istifadə.
3.7. Tematik bölmələrdə Offtop. Tematik bölmələrdə flud (flud-dan şikyət etmək üçün Moderatora Şəxsi Məktub göndərin). İstənilən mövzuda müzakirə aparmaq üçün xüsusi mövzular fəaliyyət göstərir – “Digər”
3.8. Saytın digər İstifadəçilərini, onların əzizlərini və yaxınlarını, onların şəxsi fikirlərini, həyata baxışlarını, dini və milli münasibliyini təhqir etmək və alçaltmaq, həmçinin provakasiya və şəxsi söhbətə keçmək.
3.9. Qanunsuz Proqram Təminatını müzakirə etmək.
3.10. Sözlərin bilərəkdən təhrifi, hərflərin oxşar simvollarla əvəz olunması. Azərbaycan dili qanunlarını bilərəkdən pozmaq, həmçinin jarqondan istifadə (müəyyən hallarda).
3.11. Mövzu və ya şərhlərin BÖYÜK HƏRFLƏRLƏ yazılması (qısaldılma, kompaniya, əmtəə nişanları, mallar və buna oxşar böyük hərflərlə yazılan digər adlar istisna olmaqla)
3.12. Çoxlu sitat gətirmək. Əsasən, fayl haqqında yazılmış məlumatın müəyyən, məna verməyən hissəsini sitat gətirmək. İstifadəçilərin şərh və ya mövzularının tam sitat kimi götürülməsi, həmçinin bir səhifədən çox olan yazıların sitat kimi götürülməsi.

4. Adminitrasiyanın hüquqları:

4.1. Xəbərdarlıqların edilməsi və bu Qanunların hər hansı birinin pozulduğu təqdirdə Sayta girişə qadağa vermək.
4.2. Heç bir şərh və ya mövzu yaratmayan İstifadəçinin silinməsi. İstifadəçinin silinməsi 3 ay aktiv olmadıqda həyata keçirilir və nik digərlərinin qeydiyyatdan keçməsi üçün boşaldılır.
4.3. Bu Qaydaları pozan imza, nik və ya avatarların dəyişdirilməsi. Bu halda Siz Şəxsi Məktubla məlumatlandırılacaqsınız.
4.4. İstifadəçi və ya administrasiyanın təhqiri zamanı istənilən formada cəzalandırmaq.
4.5. Yuxarıdakı qaydalara uyğun olaraq Sizin mövzuları redaktə etmək.

5. Adminitrasiyanın vəzifələri:

5.1. Bütün bu Qaydaların əməl olunmasına və pozulmamasına müntəzəm olaraq nəzarət etmək.
5.2. İstifadəçi tələb etdikdə, atılan addımlar barədə İstifadəçini Şəxsi Məktubla məlumatlandırmaq
5.3. Xəbərdarlıq verilən zaman yuxarıdakı Qaydaların dəqiq nömrəsi, maddəsi və xəbərdarlıq olunan mövzuya link qoymaq, əks halda İstifadəçinin tələbi ilə istənilən Moderator tərəfindən xəbərdarlığın götürülməsi.

Hazırladı və təsdiq etdi: Moruq.Net