DMOZ haqqında 6 fakt və ora necə düşmək olar

0
610

Dmoz

Forum və bloglarda tez-tez Google-un saytlar kataloqu olan DMOZ (Open Directory Project) görsənir. http://www.dmoz.org/World/Azerbaijani/ – linkini istifadə etməklə Azərbaycanın DMOZ-a daxil olan saytlarına baxa bilərsiniz. Aşağıda isə sizlərə az da olsa məlumat vermək istəyərdim.

DMOZ haqqında 6 fakt

1. DMOZ kataloqu 1998-ci ildə yaradılıb və artıq 12 ildir ki fəaliyyət göstərir.
2. DMOZ-un yaranması üçün əsas səbəb Debian Social Contract olub.
3. DMOZ Netscape Communications Corporation-la bağladığı müqaviləyə əsasən həmişə pulsuz olacaq.
4. Kataloq könüllü insanlar tərəfindən idarə olunur. Hər kəs könüllü idarəçi ola bilər.
5. DMOZ kataloqu reklam mənbəyi deyil, sadəcə olaraq lazımlı saytlar yığmasıdır.
6. DMOZ hər kəs üçün açıqdır və hər kəs oradan informasiya axtara bilər.

DMOZ-a necə düşmək olar?

* Saytınızın unikal kontenti olmalıdır
* Saytınızın dizaynında səhv olmamasına fikir verin və əgər saytınızda qırıq link varsa onları yığışdırın.
* Sayt gündəlik olaraq təzələnməlidir.
* Saytınızda “Sayt haqqında” və “Əlaqə” səhifələrinin olması daha yaxşıdır.
* Sayt kataloqun qaydalarına uyğun olmalıdır.
* Düzgün kateqoriya seçimi də vacibdir.
* Dələduzların xidmətindən istifadə etməyin, yəni pulla saytınızı DMOZ-a əlavə edək kimi sözlərə aldanmayın.
* DMOZ-un idarəçisi olun, onda isə sizin saytınız 100% kataloqa düşəcək.
* Məsləhət görərdim ki, saytınız qəbulu üçün anketi doldurun və gözləyin. Ola bilsin ki, siz 1 ildən artıq gözlədiniz=)

SEO (Search Engine Optimization) üçün DMOZ çox müsbət təsir edir. Çünki saytınız DMOZ-a düşsə onda Google tərəfindən sizin sayta etibar daha çox olacaq.

DMOZ-un bloqu da fəaliyyət göstərir: blog.dmoz.org

Tərcümə etdi: www.moruq.net

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here