Google Webmaster – Adminlər üçün vəsait

0
1155

Google Webmaster Alətlərindən düzgün istifadə etmək sahibi olduğunuz saytın google axtarış sistemində ön sıralarda çıxmasına gətirib çıxardır. Bu alətlərin köməyi ilə saytınızda baş verən bütün dəyişiklikləri izləyə bilərsiniz. Ətraflı dərsliyi sizlərə təqdim edirik.

Webmaster Tools (SEO)
1. Google Webmaster Tools

Bir çox axtarış sistemləri  marketoloqlara və internetdən pul qazanlara öz şəxsi saytlarını daha tez və effektiv indekslənməsi üçün güclü platformalar təqdim edir. Vebmaster alətlər paneli vasitəsi ilə sayt sahibi üçün statistik məlumatları, saytın xəritəsini daxil etməyi, inkişaf dinamikasını, səhvləri təqdim edir.
Hal-hazırda ən məşhur webmaster alətlərini aşağıdakı axtarış motorları təqdim edir.

• Google Webmaster tools
• Bing Webmaster tools
• Yandex Webmaster tools
• Yahoo Webmaster tools

Google Webmaster Tools (Google Для веб-мастеров)

1az
http://www.google.com/webmasters
Bu “Google”-nin  webmasterlər üçün təqdim etdiyi idarəetmə alətləridir. Bu alətlərdən doğru şəkildə istifadə  saytınızda olan səhflərdən sizi xəbərdar edər və saytınızı google axtarış motorunda ön sıralara çıxardar.

Bu alətlərdən istifadə üçün bizə nə lazımdır.
Google Webmaster Tools-da qeydiyyatdan keçmək. Sistemə Google akkuantınızla daxil ola bilərsiniz.

2az
Daxil olduqdan sonra “sayt əlavə et” bölməsindən saytın adresini yazıb, saytın sizə aid olduğunu təsdiqləyəcək  üsulların bir ilə sayt sahibliyinizi təsdiqləyib, dərhal istifadəyə başlaya bilərsiniz.

3az

Saytın sizə aid olduğunu təsdiqləmək üçün Google sizə aşağıdakı metodları təqdim edir.

4az
• HTML file upload
• HTML tag
• Google Analytics

HTML file upload – verilən html faylını saytınıza əlavə etməklə

HTML tag – verilən meta taqını head taqı arasına əlavə etməklə

Google Analytics –Google Analytics vasitəsilə

Metodlardan biri ilə sayt sahibi olduğunuzu təsdiq edirik.

Sistemə daxil olduqdan sonra sol tərəfdəki bölmələrlə tanış olaq.

5az
• Messages (Mesajlar) Сообщения
• Configuration (Quraşdırma) Конфигурация
• Health (saytın vəziyyəti) Состаяние
• Traffic (Trafik) Трафик
• Optimization (Optimallaşdırma) Оптимизация
• Labs (Googlenin laboratoriyası) Лаборатория

Messages bölümündə səhvlər, dəyişiklər haqqında xəbərdarlıqlar yer alır.

Configuration
Settings (Nizamlamalar) Настройки

7az

Settings ►  Geographics target: Bu bölümdə  coğrafi hədəf təyin edə bilərsiniz. Coğrafi Hədəf təyin etmək, web saytınızın müəyyən ölkəni hədəf seçmək anlamına gəlir. Məsələn, ict.az kimi domeni qeydiyyatdan keçirtsəz avtomatik domen sonluğuna uyğun olaraq coğrafi hədəf Azərbaycan seçili olacaqdır.

SettingsPreferred domain: bu sizə imkan verir ki, saytınızdakı linkləri axtarış robotu www ilə və ya www-siz indeksləsin.

Settings ►  Crawl rate: Google saytın indekslənmə intensivliyini xüsusi alqoritmlər vasitəsi ilə həyata keçirir. Bu intensivliyi artıra və azalda bilərsiniz. Məsələn, GoogleBotun sayta müraciətləri serverdə yüklənmələrə səbəb olursa, bu intensivliyi azalda bilərsiniz.

ConfigurationSite links (sayt bağlantıları)

Site links (sayt bağlantıları) – saytınızın axtarış nəticələrinin altında görünən və avtomatik olaraq yaradılmış qısayollar-bağlantılardır. Bu alət sizə imkan verir ki, uyğun olmayan bağlantıların sıralamada yerini aşağı salasınız.

URL parametrləri: Bu bölümdə  saytın url-ında olan parametlərə icazə verə və ya qadağa qoya bilərsiniz.
Səhifə məzmunu dəyişdirməyən parametrlər, məsələn,  sessionid, affiliateid, referrer və s. bu kimi  parametlər çox vaxt ziyarətçini izləmək və yönləndirmələri qeydə almaq üçün istifadə edilir. Səhifənin əsl məzmununa heç bir təsiri yoxdur. Məsələn, aşağıdakı urllarda eyni məzmunda olar.
http://www.moruq.net/index.php?referrer=facebook.com
http://www.moruq.net/index.php?referrer=google.az
Əgər siz google’yə bu parametrləri “Səhifə məzmunu dəyişdirməyən parametrlər” kimi tanıtmazsaz saytınızın performansı aşağı düşər.
Səhifə məzmunu dəyişdirən parametrlər, məsələn newsid, sort, gender bu kimi parametrlər səhifənin məzmunu dəyişər.

Siz url parametləri təyin etməklə, google’yə köməklik etmiş olarsız, bu da axtarışda saytınızı ön sıralarda çıxardar.

Change of adress
Əgər saytınızı yeni domenə köçürtmüşsəz bu alət vasitəsi ilə Google-ni xəbərdar edə bilərsiz. Google maksimum 180 gün ərzində sizin saytını tam yeni domenlə əvəz edər.

Multiple users
Saytın bir neçə şəxsin tərəfindən idarə olunmasına imkan verir.

Health (Saytın sağlıq vəziyyəti)
Bu bölmədə aşağıdakı bölmələr vardır.

• Crawl Errors
• Crawl stats
• Blocked URLs
• Fetch as Google
• Index status
• Malware

Crawl Errors (keşdəmə xətaları) – Google saytınızı keşdəyərkən qarşılaşdığı səhvləri listələdiyi  bölümdür. Google’nin təqdim etdiyi ən mühüm xidmətlərdən biridir. Google sizə təkcə kod
xətalarını deyil, həmdə server xətalarını  təqib etməyə imkan verir. Saytdakı səhvlər çoxluğu saytın performansına aşağı təsir göstərir. Google imkan verir ki, səhvləri aradan qaldırdıqdan sonra bu barədə Google-ni xəbərdar edəsiz.

Crawl stats – Bu bölümdə GoogleBotun saytınızı hansı intensizliydə keşləndiyini haqqında informasiya yer alır.

Blocked URLs – Robots.txt vasitəsi ilə keşdənməsinə qadağa qoyduğunuz urllara nəzarət edə bilərsiz.

Fetch as Google – Bu alət saytınız Google kimi baxmağa imkan verir. Bu alət sizə səhifənin vəziyyət barədə məlumat verər və səhifəni Google-nin keşinə əlavə etməyə imkan verir.

Index status – Bu bölmədə Googlenin sizin urllarınızdan neçədəsini keşdədiyini və neçəsinin keşinə əlavə etməklə bağlı statistikanı təqdim edir.

Malware – Saytınızda zərərverici kodlar, viruslar, troyanlar varsa Google sizi xəbərdar edər.

Traffic
Bu bölmədə aşağıdakı bölmələr vardır.

• Search Queries
• Links to Your Site
• Internal links

Search Queries – Bu bölümdə saytınıza gələn ziyarətçilərin, hansı axtarış sorğuları nəticəsində gəldiyini, saytınızın hansı sorğularda neçə dəfə axtarış nəticələrində göstərildiyini görə bilərsiniz. Üstəlik açar sözlərinizin ortalama olaraq neçənci sırada olduğunu da görə bilərsiniz.

Links to Your Site –Burada sizin saytın linkini yerləşdirən saytları görə bilərsiniz.

Who links the most – ən çox keçid verən saytlar.

Your most linked content – ən çox link olan səhifə

How your data is linked – ən çox olan söz kontenti

Internal links – Daxili bağlantıların siyahısı

Optimization
Bu bölmədə aşağıdakı bölmələr vardır.

• Sitemaps
• Remove URLs
• HTML Improvements
• Content Keywords
• Structured Data
• Data Highlighter
• Other Resources

Sitemaps – Saytınız üçün yaratdığınız sayt xəritəsini və RSS fidlərinizi burda əlavə edə bilərsiniz və Google tərəfindən indekslənməsini asanlaşdıra bilərsiniz.

Remove URLs – Əvvəl keşlənmiş, artıq istifadə etmədiyimiz URL-ları Google-nin keşindən silə bilərsiniz.

HTML Improvements – Googlenin saytınızda qeydə aldığı HTML səhvləri aradan qaldırmaq barədə məsləhətlər ala bilərsiniz.

• Meta description – Əskik və ya təkrarlanan meta təsvirlər problemləri

• Title tag – Əskik və ya təkrarlanan səhifə başlıqları problemləri

• Non-indexable content – Bəzi keşə əlavə olunmayan media faylları, video və ya şəkillər.

Content Keywords
Bu bölmədə Googlenin sizin saytda ən əhəmiyyətli açar sözləri və onların müxtəlif formalarını sıralayar.

Structured Data – Googlenin saytınızdakı məzmunu anlamasına köməkçi olar. Bunlar da axtarış nəticələrindəki snippetləri göstərmək üçün istifadə edilir. Snippetlər, hər axtarış nəticəsinin altında çıxan bir neçə sətir mətn olub istifadəçilərə səhifədə nələrin olduğu barədə məlumat verir.

Snippetlər, hər axtarış nəticəsinin altında çıxan bir neçə sətir mətn olub istifadəçilərə səhifədə nələrin olduğu barədə  məlumat verir.

snippets

Snippetlər barədə daha ətraflı burdan tanış ola bilərsiz:
http://support.google.com/webmasters/bin/answer.py?hl=tr&answer=99170

 

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here