Saytın Axtarış robotlarında indeksasiyası

1
666
SEO
Google SEO

Axtarış robotlarının (Google, Yandex, Yahoo, Bing və s) saytınızı daha tez indeksasiya (yəni axtarış nəticələrində saytınızın çıxması üçün) etməsi üçün aşağıdakı metodlardan istifadə etmək olar.

1. Saytınızı Axtarış robotlarına əlavə etmək:

http://www.google.com/addurl/?continue=/addurl

http://webmaster.yandex.ru/addurl.xml

http://siteexplorer.search.yahoo.com/

2. Saytınızın RSS lentini RSS aqreqatorlarına əlavə etmək. Bu RSS aqreqatorlar saytınıza əlavə etdiyiniz xəbərləri anons edəcəklər. Onlarda xəbərlər tez-tez yeniləndiyi üçün həmin saytlar axtarış robotları tərə findən tez indeksasiya olunur.

http://liverss.ru/

http://rssportal.ru/webmaster.php

http://www.no-nofollow.ru/

3. Forumlarda qeydiyyatdan keçin və imzanıza saytınızı yazıb fikir bildirməyə başlayın. 1-2 gündən sonra saytınız indeksasiya olunmağa başlayacaq.

4. Saytınızın səhifələrini Sosial Şəbəkələrə əlavə edin. Forumlardakı kimi effekt verəcək.

5. Məşhur bloglarda şərh yazın. Bu bloglar da tez indeksasiya olunur, ona görə də mənalı yazılmış şərh və şərhin içində saytınızın linki indeksasiyaya kömək edəcək.

6. Sual-cavab servislərində sual vermək və ya sualları cavablandırmaq, saytınızı sual və cavablara əlavə etmək yaddan çıxmasın. 1-cisi belə servislər indi çox populyardır və tez indeksasiya olunur, 2-cisi isə bu saytınızın həmişəlik linkini əlavə etmək üçün gözəl bir imkandır.

http://otvety.google.ru/otvety/

Bunlar saytın indeksasiyası üçün lazım olan yolların bəziləri idi. Daha doğrusu ən asandları idi. Ardı olacaq…

1 ŞƏRH

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here