Titanik-in ulduzu Gloria Styuart öldü

1
1240

Ceyms Kameron-un (James Cameron) çəkdiyi “Titanik” filmində ağbircək Rouz rolunu oynayan Qloriya Styuart (Gloria Stuart) 100 yaşında, Amerikada vəfat etdi. Qohumlarının verdiyi məlumata görə o Los-Ancelsdəyi evində, yuxuda olarkən vəfat edib. 5 il əvvəl Styuart-a “ağciyər xərçəngi” diaqnozu qoyulmuşdu.

Aktriasının qızı Silviya Tompson bildirib: “Qloriya xəstəliyinə fikir vermirdi. O çox güclü qadın idi. Mən kədərlənmirəm. Mən ona görə çox xoşbəxtəm.”

Qloriyanın karyerası hələ uzaq 1930-cu ildə başlamışdı, lakin onun ən məşhur filmi “Titanik” oldu. Onun filmə çəkilən zaman 87 yaşı var idi. Filmdə canlandırdığı Rouz roluna görə aktrisanı Oskar mükafatına namizəd seçmişdilər və o Hollivudun Oskara namizədliyi irəli sürülmüş ən qoca aktrisası olmuşdu. Amma həmin zaman qızıl heykəl Kim Bessinqer-ə veimişdi.

“Mən bu möhtəşəm qadının ölüm xəbərindən çox kədərlənirəm. Çox böyük uğurdur ki, mən bu gözəl qadını tanımış və onunla bir filmdə oynamışam. Onun yanında olan hər kəs yaxşı bilir ki o necə nurlu insan idi. Onun üçün darıxacam.” – Keyt Uinslet bildirib.

Rəsmi bildirişində Leonardo Di Kaprio yazıb: “Möhtəşəm insan və fantastik aktrisa. O həmişə inandığı uğrunda mübarizə aparırdı. Qloriya “Qızıl Hollivud” epoxasının sağ qalan böyük aktrisalarından idi. Mənim üçün onunla bir yerdə işləmək şərəf idi. Qloriya üçün çox darıxacam.”

1 ŞƏRH

FİKRİNİZİ BİLDİRİN