Bakı-Sumqayıt yolundakı dəhşətli qəza [video] +18

0
3348

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda – Ceyranbatan su anbarının yaxınlığında “Ford” markalı mikrovatobus yüksək sürətlə gedərkən qarşıdakı maneəyə çırpılıb. Qəza zamanı 2 nəfər ölüb, 10 nəfər ağır yaralanıb. Yaralılar xəstəxanalara yerləşdiriliblər.

Bakı-Sumqayıt yolunda baş verən ağır yol qəzasında yaralananlardan bir nəfər qadın dünyasını dəyişib.

 

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkim direktoru Vaqif Qəhrəmanovun BAKU.WS-ə verdiyi məlumata görə, qadın reanimasiyada dünyasını dəyişib.

“Hazırda yaralıların 9-u xəstəxanadadır. Onlardan 4-5-nin vəziyyəti olduqca ağırdır. Bir neçə xəstə əməliyyat olunur”, – deyə Vaqif Qəhrəmanov bildirib.

Baş həkimin verdiyi məlumata görə, yaralıların bəzilərinin kimliyi məlum olub. Lakin xəsarət alanlarda bir-neçəsinin kimliyi hələlik məlum deyil. Yaralılar Baloğlan Ağakişiyev, Rövşən Cavadov, Rəşad Əhmədov, Əsmər Məmmədova, İbadət Allahverdiyev, Ofelya Məmmədova, Asif Paşabəyovdur.

Report saytının verdiyi məlumata görə, qəzada ölənlərdən biri 1987-ci il təvəllüdlü Amin Abdullayevdir. Digər ölənin kimliyi isə hələ müəyyən edilməyib.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda – Ceyranbatan su anbarının yaxınlığında “Ford” markalı mikrovatobus  yüksək sürətlər gedərkən qarşıdakı maneəyə çırpılıb. Qəza zamanı 3 nəfər ölüb, 10 nəfər ağır yaralanıb. Yaralılar xəstəxanalara yerləşdiriliblər.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here