Bakıda qaydanı pozan xanım sürücü avtomobili ilə birlikdə evakuatora mindirildi

0
1664

Ötən gecə Bakıda yol polisi əməkdaşları qadın sürücünün müqaviməti ilə üzləşiblər.

APA TV-nin məlumatına görə, polis əməkdaşları Neftçilər prospektində yol hərəkəti qaydasını pozan “Hyundai” markalı avtomobilin xanım sürücüsünə “saxla!” əmri versələr də, o, hərəkətini davam etdirib.

Yaradılan süni tıxac nəticəsində avtomobil saxlanılıb. Lakin sürücü avtomobilin qapılarını bağlayaraq, sənədlərini polis əməkdaşına verməkdən imtina edib. Yoxlama zamanı məlum olub ki, Viktoriya Vlasovanın idarə etdiyi avtomobil axtarışdadır. O, iki ay əvvəl yol-nəqliyyat hadisəsi törədərək ərazidən yayındığı və banka borclu olduğu üçün axtarışa verilib.

Sənədlərini polis əməkdaşına təqdim etməyən xanım sürücü mobil telefonla tanışı ilə danışdıqdan sonra sükan arxasından sərnişin yerinə keçib. Viktoriya Vlasova müqavimət göstərdiyi üçün əraziyə əməliyyat qrupu cəlb edilib. O, avtomobildən düşmədiyindən, evakuator da çağırılıb. Avtomobil sürücü ilə birgə evakuatora mindirilib.

DYP əməkdaşı Səxavət Abdullayev hadisəni belə təsvir edib: “İki patrul maşınının köməyi ilə “Azneft” dairəsində saxlamışıq. Bir saatdan artıqdır sürücü bizə sənəd təqdim etmir. Qapılar bağlı vəziyyətdədir. Çox güman ki, içkilidir. Avtomobilin iki aydan artıq ödənilməmiş cərimə borcu var və yol-nəqliyyat hadisəsi törədərək yayınıb”.

Avtomobil cərimə meydançasına aparılıb. Xanım sürücü cərimə meydançasında da avtomo

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here