Bakıda xilasedicilər yatmış qızı xilas etdilər [Video]

0
842

yatmis qiz

Əməkdaşlar xüsusi alət və avadanlıqların köməyi ilə mənzilə daxil olublar.

Bakıda köməksiz vəziyyətdə qalmış 17 yaşlı qız xilas edilib.

Moruq.Net Oxu.Az-a  istinadən xəbər verir ki, bu barədə paytaxtın Nizami rayonu, Rüstəm Rüstəmov küçəsinin sakinləri Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə zəng vuraraq məlumat veriblər.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal Rüstəm Rüstəmov 4, mənzil 9-a yollanıblar. Hadisə yerinə çatan xilasedicilər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan 1996-cı il təvəllüdlü Tağıyeva Əfruz Mirheydər qızını xilas etmək üçün xüsusi alət və avadanlıqların köməyi ilə 3-cü mərtəbədəki mənzilə çöl pəncərəni qıraraq daxil olublar.

Əməliyyatın gedişi zamanı məlum olub ki, Əfruz Tağıyeva mənzildə yatıb qalıbmış.

Onu müayinə edən Təcili Yardım Stansiyasının əməkdaşlarının verdikləri məlumata görə, Əfruz Tağıyevanın səhhəti normaldır.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here