Bakıya 650 min manatlıq, 6 təkərli Gelandewagen gətirilib [video+foto]

Bakıya 650 min manatlıq, 6 təkərli Gelandewagen gətirilib [video+foto]

0 801

Gelandewagen2

Brabus-un üzərində işlədiyi “əjdaha” yüksək keçimli hərbi avtomobilin bazasında yaradılıb.

Bakıda Mercedes-Benz Brabus B63S 700 6×6 avtomobili gətirilib.

Moruq.Net Oxu.Az-a istinadən xəbər verir ki, yüksək keçimli avtomobili Azərbaycana Bakıda bahalı maşınların satışı ilə məşğul olan “SABA CARS” şirkəti gətirib.

Avtomobilin təkərlərinin diametri 94 sm, klirensi isə 46 sm təşkil edir və bu, 1 metrdən hündür maneəni aşmağa imkan verir.

Mercedes-Benz Brabus B63S 700 6×6 altıtəkərli əjdaha Mercedes G63 AMG 6×6 (536 a.g.) avtomobil 690 at gücünədək artırılmış V8 turbo-dizeli ilə təchiz edilib.

Avtomobil 100 km/s sürəti 7,4 saniyəyə yığır.

Şinləri böyük olduğu üçün istehsalçılar avtomobilin maksimal sürətini 160 km/s-dək azaldıblar.

Hazırda şirkətin rəsmi nümayəndələri avtomobilin satış qiymətini açıqlamayıblar.

Lakin əldə etdiyimiz məlumatlara görə, istehsalçı bu avtomobili təxminən 615 min avroya, yəni, 650 min Azərbaycan manatına satır.

Gelandewagen3 Mercedes-Benz Brabus B63S 700 6x6 2 Mercedes-Benz Brabus B63S 700 6x6 salon Mercedes-Benz Brabus B63S 700 6x6

ŞƏRH YOXDUR

Cavab yaz