Dünyanın 100 ən nüfuzlu insanı

0
496
Vael Qonim
Vael Qonim

ABŞ-ən ən məşhur həftəlik jurnalı olan Time, dünyanın 100 ən nüfuzlu insanı siyahısını dərc edib.

Bu il yüzlüyə gözlənilmədən Vael Qonim – Misirdəki inqilabın aktivisti və koordinatoru başçılıq edib. O, Misirdə, bu ilin əvvəlində baş verən kütləvi etiraz aksiyalarının təşkilatçısı və kordinatoru hesab edilir. Bu aksiyalar nəticəsində 30 il hakimiyyətdə olan Hüsnü Mübarək istefaya getdi.

Xatırladaq ki, Qonim sosial şəbəkə olan FaceBook-da səhifə açır və həmyerlilərini küçələrə çıxıb ölkədə baş verənlərə münasibətlərini bildirməyə çağırır. Bu ilin yanvarından Vael Qonim Google şirkətinin yaxın-şərqdəki ofisinin top-meneceri vəzifəsində çalışır.

İnternet şəbəkəsindən 100-lüyə FaceBook-un banisi Mark ÇukerberqWikiLeaks saytının sahibi Culian Assanj da düşüb.

Time jurnalının fikrincə, dünyadakı ən nüfuzlu siyasətçilər – Almaniya kansleri Anqela Merkel, Fransa-nın prezidenti Nikolya Sarkozi, Böyük Britaniyanın baş-naziri Devid Kemeron, ABŞ-ın dövlət katibi Hilari Klinton-dur. Siyahıda həmdə ABŞ prezidenti Barak Obama və onun həyat yoldaşı Mişel Obama da var.

Ən nüfuzlu insanlar siyahısına müğənni Sting, aktyor Kolin Fert, gələcək ər və arvad Villyam və Keyt Middlton, 17 yaşlı pop-müğənni Castin Biber, dizayner Tom Ford da var.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here