FaceBook-u düzəldən özünə 7 mln $-lıq hədiyyə etdi

0
458
Mark Çukerberq (Mark Zuckerberg)
Mark Çukerberq (Mark Zuckerberg)

Sosial şəbəkə olan FaceBook-un sahibi Mark Çukerberq-in (Mark Zuckerberg) dünya milyarderləri sırasında (Forbes) üst pillələrdə olmasına baxmayaraq, cavan milyarder özünün ilk şəxsi evini hələ indi alıb.

Kaliforniyada yerləşən 5 yataq otağı olan qədim villa İT dahiyə 7 milyon dollara başa gəldi. Ev 1.5 min kv.metr ərazidə yerləşir və FaceBook-un Menlo-Park-da yerləşən yeni ofisindən 10 dəqiqəlik uzaqlıqdadır. Musiqi otağı və basseyn Mark-ın özünə hədiyyəsi oldu. Mayın 14-ü FaceBook-u düzəldənin 27 yaşı tamam olur.

Əvvəllər Çukerberq davamlı olaraq kirayə evlərdə qalırdı. Bəzi məlumatlara görə o bu evi öz istədiyi qıza – çin-amerika əsilli Prisçilla Çan-a alıb.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here