Rusiyada ana qısqanclıq üzündən uşağı qatarın altına atdı [video]

0
1104

metro

Bundan sonra ana sakit addımlarla yoluna davam edib.

RF Orta Uralın paytaxtında “Uralmaş” metrostansiyasında uşaq arabası relslərin üzərinə düşüb.

Moruq.Net Oxu.Az-dan Rusiya KİV-nə istinadən xəbər verir ki, hər şey gənc cütlük axşam vaxtı qatardan çıxarkən baş verib.

Hadisə 22.35-də baş verib – DİN Sverdlovsk Dİ mətbuat-xidmətinin rəhbəri Valeriy Qorelıx bildirib. – İlkin məlumata görə qatardan düşən cütlük tanış qadınla rastlaşıblar. Qısa söhbətdən sonra cavan adam yoldaşını tənha qoyaraq digər qadınla gedib. Ərini saxlamaq üçün gənc ana uşaq arabasını itələyib.

Ananın sözlərinə görə o arabanı ərinə itələyib ki, onu saxlasın. Amma o gözlənilmədən kənara çəkilib və uşaq platformadan relslərin üzərinə düşüb.

Nəzarət kameralarında olan görüntülər bu versiyanı təsdiqləyir. Videoçarxda vaqondan qaçaraq düşən cavan kişi və qadın görünür. Bu başıbəlalı ananın əri və onun sevgilisidir. Onların ardınca qatardan sürətlə gənc ana uşaq arabası ilə çıxır.

Qadın uşaq arabasını ərinə itələməkdən başqa çıxış yolu düşünə bilmir. Amma cavan ata çıxışa doğru qaçır, araba isə öz yoluna davam edir. Bunu görən ana isə öz yoluna davam edir. Yalnız uşaq arabası platformadan relslərin üzərinə düşəndə o addımlarını sürətləndirir.

Xoşbəxtlikdən uşaq arabadan yıxılmayıb və heç bir travma almayıb.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here