Təbriklər! Eurovision 2012 Bakı !!!

0
594
Eurovision Baku 2012
Eurovision Baku 2012

Bəli. Bu artıq xəyal və arzu deyil. Bu reallıqdır. Azərbaycan Avropanı ayağa qaldırdı. Hər il keçirilən Eurovision Mahnı Müsabiqəsinin (Eurovision Song Contest ESC 2011) qalibi məhz bu türk dövləti – Azərbaycan oldu.

Əlbəttə bizi istəməyənlər daha çoxdur. Avropa Azərbaycanı qəbul edə bilmir. Oxuduğum şərhlərin 90%-i Azərbaycanın diaspora (Türkiyə və Azərbaycan) vasitəsilə qələbə qazandığı, Azərbaycanın Avropada olamamsı, Azərbaycanın geridə qalmış ölkə olması, belə bir müsabiqəyə ev sahibliyi edə bilməyəcəyi haqqında yazılardır. İnşallah gələn il möhtəşəm səhnə və səhnə mədəniyyəti ilə Avropanı yenidən fəth edəcəyik və mədəniyyətin harada yarandığını və harada yaşadığını bir daha onlara göstərəciyik.

Nigar və Eldar-a da xüsusi minnətdarlığımızı bildiririk. Möhtəşəm ifa üçün. Azərbaycanın adını belə yüksəklərə qaldırdıqları üçün. Çıxışda (həyəcandan olsa belə) məhz Türkiyə bayrağını daşıdığı üçün.

Bəzi dırnaq arası patriotlarımız bunu düzgün adlandırmayacaq ama bu tam olaraq düzdür. Türkiyə = Azərbaycan. Unutmayaq!

Uğurlar Odlar Yurdu, Uğurlar Küləklər Şəhəri!

Welcome Europe to Azerbaijan, Baku 2012 Eurovision Song Contest!

 

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here