Yasamalda dəhşətli qəza: İki nəfər can verdi [video] +16

0
2702

Azyaşlıların və ürəyi zəif olanların videoya baxması qadağandır.

Bakının Yasamal rayonu ərazisində, Qələbə dairəsi yaxınlığında ağır yol nəqliyyat hadisəsi baş verib.

Moruq.Net Oxu.AzAzadXeber.az-a istinadən xəbər verir ki, dövlət nömrə nişanı və markası bilinməyən avtomobil yolu keçmək istəyən iki piyadanı vurub.

Piyadalardan biri qadın, digəri isə kişi olub.

Hadisənin səhər saat 10:15 radələrində baş verməsinə baxmayaraq Təcili Tibbi Yardım briqadası əraziyə 11:00-da çatıb. Yerdə can verən hər iki piyada Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) aparılıb.

Semaşko xəstəxanasından verilən son məlumata görə, hər iki piyada aldıqları xəsarətdən klinikada keçiniblər.

Qeyd edək ki, hadisə yerində çəkiliş aparan saytın müxbiri mülki formada olan və özünü təqdim etməyən şəxsin hücumuna məruz qalıb. Həmin şəxs müxbirin mobil telefonunu əlindən alaraq ona təzyiq göstərməyə çalışıb. Sayt iddia edirk ki, təzyiq göstərən şəxs polis idarəsinin müstəntiqi olub.

ŞƏRH YOXDUR

FİKRİNİZİ BİLDİRİN