Yeni iPhone təqdim olundu – iPhone 4S (foto+online video)

0
1341
Yeni iPhone təqdim olundu - iPhone 4S
Yeni iPhone təqdim olundu - iPhone 4S

Apple yeni iPhone təqdim etdi, lakin hamının gözlədiyi kimi yeni model iPhone 5 yox iPhone 4S oldu.

Alma giqantı müştərilərinin gözlədiyi kimi öz telefonlarının 5-ci nəslini deyil, 4-cü modelinin modernizə edilmiş variantını təqdim etdi. İnternet İstifadəçiləri artıq bu telefonu “ilin məyusluğu” adlandırıblar.

Yeni iPhone təqdim olundu - iPhone 4S
Yeni iPhone təqdim olundu - iPhone 4S

Təqdim etmə mərasimində Stiv Jobs-dan şirkətin idarəçiliyini alan Tim Kuk, 2 saat Apple şirkətinin uğurlarından danışdıqdan sonra yeni iPhone 4S – artıq 1 ildir ki mövcud olan telefonun modernizə olunmuş variantını təqdim etdi.

Telefonun korpusuna heç bir dəyişiklik edilməyib, lakin onu yeni A5 prosessoru ilə (iPad-dan götürülüb) təchiz ediblər, bu da əvvəlki iPhoe 4-dən 7 dəfə sürətli işləməni təmin edir.Yeni 8 Meqapiksellik kamera geniş ölçüdə – Full High Definition video çəkməyə imkan yaradacaq. Apple özünün Siri funksiyası ilə fəxr edir, bu telefonun səslə idarə olunması sistemidir. Artıq telefona Sizi səhər 6-da oytamağı əmr edə və ya Paris-də havanın necə olmasını soruşa bilərsiniz. Amma hələ yalnız ingilis, fransız və alman dillərində. Həmçinin telefona səslə SMS imla deyə bilərsiniz. Belə proqramlar əvvəllər də istehsal olunmuşdu, lakin çox pis işləyirdilər. İstehsalçı həmişəki kimi daha güclü batareya söz verib – Apple-dan verilən məlumata görə dayanmadan danışdıqda 7 saat, dayanmadan videoya baxdıqda isə 10 saat işləyə bilir. Amma praktika zamanı heç bir iPhone aktiv istifadə zamanı 24 saatdan artıq işləməyib. 4S 3 modifikasiyada buraxılacaq: 16, 3264 Gb yaddaşla.

Yeni iPhone təqdim olundu - iPhone 4S
Yeni iPhone təqdim olundu - iPhone 4S

Apple iPhone 4S ABŞ-da satışa 14 oktyabr 2011-ci ildə buraxılacaq. Qiymətlər isə Operatorla bağlanan 2 illik müqavilə ilə birlikdə belə olacaq: 16 Gb-lıq model 199$, 32 Gb-lıq 299$, 64 Gb-lıq isə 399$. Eyni zamanda Apple əvvəlki modellərin qiymətlərini də aşağı salıb. iPhone 4 – 8 Gb 99$ (2 illik operator müqaviləsi ilə), iPhone 3 Gs isə operatorla bağlanılan müqavilənin üstündə pulsuz veriləcək. Apple söz verib ki, ilin axırına kimi yeni model 70 ölkədə satışa buraxılacaq.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here