
ABŞ-da Kaliforniya şəhəri Montrey-də keçirilən xərracda tarixdə ən bahalı Mercedes-Benz avtomobili satılıb. 1937-ci ilin modeli olan Mercedes-Benz 540 K Spezial Roadster avtomobilinə anonim alıcı 9 milyon 860 min dollar pul ödəyib.

Qeyd edək ki, 1936-39-cu illərdə cəmi 25 belə avtomobil istehsal olunub və onların hər biri individual sifariş əsasında yığılıb.


