Hamburqda baş tutan təqdim etmə mərasimi çox maraqlı alınıb. Daimler konserninin təşkil etdiyi mərasimdə Mercedes S-Class 2014 modelininin yeni nəsli ictimaiyyətə təqdim olunub.
Yeni model bir çox yeni funksiyalarla təchiz olunub: aktiv və passiv təhlükəsizlik sistəmləri, həmçinin qarşı hərəkət zolağına çıxma haqqında xüsusi siqnal və s. S-Class-ın bütün yeniliklərini quraşdırılmış 12 dyumluq sensor ekranla, həmçinin düyməciklərlə idarə etmək olur.
Sensor ekranın olmasına baxmayaraq sürücünün əhatəsində 156 düymə vardır. Amma onların düzgün yerləşdirilməsi nəticəsində düymələr gözə dəymir. Məsələn, mərkəzi konsolda cəmi 19 düymə var, amma sürücünün qapısında isə 23 düymə yerləşdirilib.